Icma.az
close
up
RU
Şanlı Qələbə: uğurlar və geosiyasi reallıqlar

Şanlı Qələbə: uğurlar və geosiyasi reallıqlar

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

27 sentyabr müasir tariximizin şərəf və qəhrəmanlıqla yazılmış səhifələrindən biri olan Vətən müharibəsinin başlanmasının 5-ci ildönümüdür. Bu tarix yalnız savaşın başlanğıcı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda milli iradəsinin təntənəsidir. 5 il öncə Azərbaycan xalqı bir yumruq kimi birləşərək, işğal altında olan torpaqlarımızı azad etmək naminə mübarizəyə qalxdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun şücaəti və xalqımızın sarsılmaz birliyi sayəsində 44 gün ərzində tarix yazıldı.

Bu qələbə təkcə torpaqların azad olunması deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli ləyaqətin dirçəlişi, beynəlxalq hüququn zəfəri idi. Anım Günü bizə həm də bu mübarizəni unutmağa qoymayan bir ümumxalq yaddaş çağırışıdır.
Anım Günü eyni anda həm qürur, həm də ehtiram günüdür. Qürurluyuq, çünki biz işğal altında olan torpaqlarımızı öz gücümüz, birliyimiz və haqq savaşımızla azad etdik. Ehtiramlıyıq, çünki bu Zəfərin memarı olan şəhidlərimizi və qazilərimizi dərin minnətlə yad edirik. Çünki biz o müqəddəs canların bahasına 30 illik işğala son qoyduq. Təkcə torpaqlarımızı deyil, eyni zamanda ləyaqətimizi, milli kimliyimizi, tarixi ədaləti bərpa etdik.
Artıq Qarabağda yeni həyat başlayıb. İnfrastruktur qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa olunur. Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətimizin strateji baxışı sayəsində "Böyük Qayıdış" reallığa çevrilməkdədir. Artıq azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır, o torpaqlar yeni həyatla nəfəs alır.
Eyni zamanda, biz bu günü qeyd edərkən Ermənistanla sülh prosesinə də aydın baxışla yanaşmalıyıq. Əldə olunmuş reallıqlar fonunda Ermənistan Konstitusiyasının dəyişdirilməsi, qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında bölgədə davamlı sülhə aparan vacib addımlardan biridir. Azərbaycanın mövqeyi açıq və prinsipialdır: regionda dayanıqlı sülh yalnız qarşılıqlı tanınma və ədalətə əsaslana bilər.
Azərbaycan xalqının iradəsi, ruhu və milli birliyi sarsılmazdır. Bu birlik bizim ən güclü silahımızdır və gələcəkdə də dövlətimizi daha da gücləndirəcək əsas amildir.
Bu əlamətdar gündə başda şəhidlərimizin ailələri olmaqla, bütün qazilərimizi ehtiramla anır, xalqımıza səbir və qürur arzulayıram.

Fatma Yıldırım
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri