Qələbə qaçışı” 2000 dən çox insanı bir araya gətirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 noyabr, AZƏRTAC
Vətən müharibəsindəki Zəfərin 6-cı ildönümü münasibətilə Bakıda ənənəvi “Qələbə qaçışı” keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış “Qürurla irəli” şüarı altında baş tutub.
Yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər.
Vətən müharibəsi şəhidlərinin övladları builki “Qələbə qaçışı”nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuran hər bir iştirakçıya medal təqdim ediblər.
Bu il “Qələbə qaçışı”na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.
Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova qalib gəlib. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
İki gün ərzində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən əyləncə zonasında müxtəlif tədbirlər keçirilib. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, tanınmış müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.
Xeyriyyə məqsədi ilə təşkil olunan yarış çərçivəsində qeydiyyatdan əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.
Fotoqraf - Səfiyar Məcnun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















