Icma.az
close
up
RU
Qənimət Zahid istintaqa çağırılacaqmı?

Qənimət Zahid istintaqa çağırılacaqmı?

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə xaricdən maliyyələşən  casus şəbəkələri, bu şəbəkələrin üzvləri ifşa edilir. Son günlər Avropanın müxtəlif şəhərlərində gizlənib, dövlətimizə qarşı şər-böhtan kampaniyası aparan bir sıra şəxslər Baş Prokurorluğa çağırılıb.  Məlumata görə, Qurban Məmmədov, Tural Sadıqlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar ediblər.

Baş Prokurorluq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən bu şəxslərin çağırışa gəlmədikləri halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barələrində qiyabi icraat açıla biləcəyi barədə xəbərdarlıq edib. O da qeyd edilib ki, bu, onların barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Məsələ təkcə yuxarıda adları sadalananlarla bitmir.  Xarici ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda bir sıra sahələrə nüfuz edə biliblər. Vaxtaşırı mətbuat sahəsində də bununla bağlı bir sıra əməliyyatlar keçirilib: SalamNews informasiya agentliyinin, “İnteraz”, “Toplum TV”, “Meydan TV”-nin ifşası buna misaldır. İki öncə İranın xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınan şəxslər saxlanılan zaman  etiraf etmişdilər ki, Azərbaycan ərazisində sabitliyin pozulması istiqamətində cinayət əməlləri törədilməsinə hazırlıq işləri görüblər. 

Qeyd edək ki, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş terror hadisəsi isə İran casus şəbəkəsinin ifşası prosesini labüd etdi. Deputata atılan güllə hələ də İranın ölkəmizdə gizli "hücrələrinin" varlığından xəbər verirdi. Hər hansı bir məlumatı olan vətəndaşlarımız məsuliyyətli davranaraq bu şəbəkələrin ifşasında fəal rol oynamağa çalışdı. Təbii ki, xalq olaraq dövlətimizin təhlükəsizliyinin təminatı bizim üçün ən mühüm şərtdir. Bu mənada, hər kəs bildiyi qədər hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyi özünə borc bilir. 

“Yeni Azərbaycan” qəzetinin 07.04.2023-cü il tarixli sayında dərc edilmiş “AXCP üzvü casus şəbəkələrinin ifşasına yaxından kömək göstərə bilərmi?” başlıqlı məqalədən bəzi faktları diqqətinizə çatdırırıq:

Qənimət Zahid etiraf etmişdi…

Vaxtilə AXCP-nin rəsmi orqanı kimi tanınan "Azadlıq" qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahidin İranla bağlı fəaliyyəti hamıya məlumdur. O zamankı mətbuatın yazdıqlarından və həmin günlərin canlı şahidlərinin bildirdiklərindən də bəlli olduğu kimi, 1998-ci ildə Qənimət Zahid gözlənilmədən İran İslam Respublikasına səfər etmiş, səfərdən  sonra mətbuat konfransı keçirmişdi. Həmin mətbuat konfransında İran xüsusi xidmət orqanlarının nümayəndələrinin onu pul müqabilində ələ aldıqlarını dilə gətirmişdi. Beləliklə,  Qənimət Zahid də bu əməkdaşlığa razılıq verib, hansısa müqaviləni imzalayıbmış. Hətta bununla bağlı o zamanın "ANS" televiziyasının "Nəzər nöqtəsi" proqramına geniş müsahibə verən Q. Zahid İran xüsusi xidmət orqanlarının onunla əməkdaşlığı hansı istiqamətlər üzrə qurmaq istədiklərini də bəyan eləmişdi. Sonradan onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlığının davam edib-etməməsi haqqında isə bu gün fikir söyləmək bir qədər təzadlıdır.  Amma Q. Zahidin o dövrdəki "əməkdaşlıq münasibətləri"nin detallarının bu günün rakursunda mühüm əhəmiyyət daşıdığını əsas kimi götürmək yerinə düşər. 

Qənimət Zahid bildiklərini istintaqla paylaşmalıdır…

Sonradan Fransaya köçüb, orada fəaliyyət göstərən Q. Zahidin həmin vaxt etiraf etdiyi İranla işbirliyinin detalları bu gün Fazil Mustafaya sui-qəsdin araşdırılmasında, o cümlədən digər şəbəkələrin ifşa edilməsində mühüm rol oynaya bilər. Bu mənada, Q.Zahidin istintaqla əməkdaşlıq etməsi də vacib şərt kimi qoyulmalıdır. Ən azından Qənimət Zahid vaxtilə imzaladığı əməkdaşlıq müqaviləsində (özünün etiraf etdiyinə görə – red.) əks olunan detalları, həmin dövrdə İran xüsusi xidmət orqanlarına işləyən başqa kimlərisə tanıdığını və ya əlaqəsini, sonradan bu işə cəlb olunan şəxslərlə hansısa əlaqəsinin olmasını istintaqa söyləyə bilər…

Görünən odur ki, vətənini, xalqını, dövlətini maddiyata satanların aqibəti heç də ürəkaçan deyil. Gec-tez gizləndikləri yuvalardan çıxmağa məcbur olacaq, layiqlicəzalarını alacaqlar

P.S. Dövlətimizə qarşı yaradılmış və bir-biri ilə əlaqədə olan şəbəkə üzvlərindən olan  Qənimət Zahidin adının da yuxarıda sadalananlarla bir sırada olması şərtdir. Onun istintaqa cəlb ediləcəyi isə sadəcə zaman məsələsidir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:496
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri