Icma.az
close
up
RU
Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər VİDEO

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Qənimət Zahidə qarşı Fransa məhkəməsinə etdiyi şikayət əsasında çıxarılan qərarla bağlı mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, Çingiz Qənizadə deyib ki, Paris Cinayət Məhkəməsi iddia üzrə qərar qəbul edib və onun şikayəti təmin olunub:
“Mənim məqsədim xarici blogerlərin çıxışlarının tamamilə cəfəngiyyat olduğunu sübut etmək və öz adımı təmizə çıxarmaq olub. Artıq 6 ilə yaxındır ki, bu qərarı gözləyirdim. 2019-cu ilin avqust ayında müxtəlif tarixlərdə Qənimət Zahidov özünün Youtube kanalında mənim haqqımda böhtan xarakterli məlumat yayıb.
O iddia edib ki, həmin vaxtlarda Rusiyada bir nəfər azərbaycanlının qətlə yetirilməsinin təşkilatçısı və ya iştirakçısı olmuşam və cəzalandırılmıram. Ona görə də bu böhtanlarla bağlı Fransa məhkəməsinə müraciət etdim. Çünki bu yalan iddiadan əleyhimə istifadə olunub. Eyni zamanda xalqın da düşüncəsinə təsir edib".
Hüquq müdafiəçisi əlavə edib ki, Qənimət Zahid proseslərdə iştirak etmək istəməyib: "Qənimət Zahid öncə proseslərə gəlmirdi. Onun haqqında məcburi gətirilmə qərarı çıxarıldı. Hətta gələndə özü ilə yalançı şahid də gətirmişdi, amma şahidi zaldan çıxarıldı. Bununla kifayətlənməyən Qənimət Zahid prosesi siyasi adlandırdı. O, Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə cinayət törətmiş şəxs hesab edilib.
Ona 500 avro cərimə cəzası kəsilib. Belə az miqdarın seçilməsi onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olması olub. Bu, Azərbaycan dövlətinin tarixində ilk haldır. Mən başqa dövlətə sığınaraq şər-böhtan atan şəxsin həmin dövlətdə məhkəmədə uduzmasına səbəb oldum".
Ç.Qənizadə əlavə edib ki, Qənimət Zahidin bəhs etdiyi hadisə - azərbaycanlının qətlinə görə günahkarlar tutulub və cəzalandırlıb: "Qənimət Zahid bir də belə böhtana əl atsa, yaşadığı ölkədən xaric edilə bilər". (Apa.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Fevral 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri