Icma.az
close
up
RU
Adnanın həbsi kimlərə təsir göstərəcək: onlar istintaqa çağırılacaqmı? FOTO

Adnanın həbsi kimlərə təsir göstərəcək: onlar istintaqa çağırılacaqmı? FOTO

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“SOCAR Trading”in keçmiş rəhbərlərindən biri, hazırda “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Adnan Əhmədzadənin həbsi ölkədə şok effekti yaradıb. Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı ilə o, dörd aylıq istintaq təcridxanasına göndərilib. Bu hadisə təkcə hüquqi müstəvidə deyil, həm də iqtisadi və ictimai müstəvidə ciddi rezonans doğurub.

İddiaların mahiyyəti və doğurduğu suallar

Bakupost.az xəbər verir ki, Adnan Əhmədzadənin adı “Azeri Light” markalı xam neftin xlorid tərkibli başqa xam neftlə qarışdırılması işində hallanır. Bu isə Azərbaycanın dünya bazarında etibar qazandığı ən strateji enerji brendinə toxunan məsələdir. Əgər iddialar təsdiqlənsə, nəticəsi təkcə bir şəxsin məsuliyyəti ilə bitməyəcək — çünki belə cinayət əməli bir nəfərin deyil, bütöv bir komandanın işi ola bilər.

Hələlik bu məsələ yalnız mediada səslənən iddialardan ibarətdir. Rəsmi ittiham aktı elan olunmayıb. Buna görə də cəmiyyətdə dolaşan suallar daha çoxdur: bu işin arxasında sadəcə bir fərdin məsuliyyəti dayanır, yoxsa daha böyük dairələr və şəbəkələr də araşdırılacaq? Və ən önəmlisi: Adnanın həbsi onun qurduğu biznes imperiyasının hamısını vuracaqmı?

Adnan Əhmədzadə qısa zamanda elə geniş bir biznes şəbəkəsi qurub ki, onun həbsi yüzlərlə, hətta minlərlə insanın həyatına birbaşa təsir göstərə bilər. Qazanclarının əsasən neft ticarətindən topladığı deyilir. Amma bu sərvət təkcə enerji sahəsi ilə yekunlaşmır; Əhmədzadə illər ərzində biznesini müxtəlif istiqamətlərdə şaxələndirib:

Marketlər şəbəkəsi


Onun adı “Bolmart”, “Rahat Market”, “Port Baku Bazar” “Tam store” kimi iri pərakəndə ticarət mərkəzləri ilə birgə çəkilir.

Restoran və xidmət sektoru

Paytaxtın tanınmış restoran və ictimai iaşə obyektlərində onun izi görünür.

İdman sahəsi


Son illər Adnan Əhmədzadənin adı daha çox idmanla hallanırdı. O, böyük maliyyə imkanlarını bu sahəyə yönəldərək həm nüfuz qazanmağa, həm də adını geniş auditoriyaya tanıtmağa çalışırdı.


Əhmədzadənin əsas layihələrindən biri ASTA (Azerbaijan Sport Talents Academy) adlı futbol akademiyasıdır. Bu akademiya aşağı yaş qruplarında liqalarda çıxış edir, gənc futbolçular yetişdirir və onların inkişafına dəstək verir. Akademiya eyni zamanda “Mingəçevir” futbol klubu ilə əməkdaşlıq qurub, bu klubun maliyyələşməsində də onun adı hallanır.

Bundan əlavə, AFFA ilə birlikdə Azərbaycanda “Barcelona” futbol akademiyasını qurmağa başlayıb.


Beləliklə, Əhmədzadə idman vasitəsilə həm gənclərin hazırlığına sərmayə qoyur, həm də özünü “idmana dəstək verən xeyriyyəçi iş adamı” kimi təqdim edirdi. Bu, həm ictimai imicinin möhkəmlənməsinə xidmət edir, həm də müxtəlif dairələrlə əlaqələrinin genişlənməsinə imkan yaradırdı.

Media

Ən maraqlı məqam isə budur ki, Əhmədzadə informasiya sektoruna da uzanmağı bacarıb. Azərbaycanda böyük bir holdinqə sahib olduğu, eyni zamanda çoxsaylı saytlara sponsorluq etdiyi bildirilir. Reklam müqavilələri və sponsor dəstəyi ilə media mühitində də güclü şəbəkə qurub.

Adnan Əhmədzadənin bu qədər şaxələnmiş sahələrdə pay sahibi olması onu deməyə əsas verir ki, indi təkcə sahibkarın deyil, həmin şəbəkələrdə çalışan işçilərin, tərəfdaş şirkətlərin, təchizatçıların da taleyi sual altındadır.

Cəmiyyətdə təşviş və “zəncir effekti” qorxusu

Əhmədzadənin həbsi xəbəri yayılandan dərhal sonra biznes dairələrində və ictimaiyyətdə narahatlıq dalğası baş qaldırdı. Sual artıq yalnız onun hansı cinayəti törədib-törətməməsi deyil, həm də qurduğu şəbəkələrin aqibəti ilə bağlıdır.


Marketlər şəbəkəsində çalışan işçilər əmək haqlarının verilib-verilməyəcəyindən narahatdılar. Restoran və xidmət sektorunda tərəfdaş olanlar müqavilələrin taleyini bilmir. Media və idman layihələrində onun dəstəyinə arxalanan qurumlar isə sponsorluğun dayanacağından ehtiyat edirlər.

Ən kritik sual budur: DTX-nin araşdırması yalnız Adnan Əhmədzadə ilə yekunlaşacaq, yoxsa onun qurduğu geniş biznes imperiyasına da uzanacaq? İstintaqa kimlər cəlb olunacaq?

Əslində bu hadisə bir daha göstərir ki, Azərbaycanda böyük sərvətlərin mənbəyi və biznes şəbəkələrinin fəaliyyəti barədə şəffaflıq mexanizmləri möhkəmləndirilməlidir.

Çox güman ki, bu işin nəticəsi təkcə Adnan Əhmədzadənin həbsi ilə məhdudlaşmayacaq və ölkədə biznes-siyasət münasibətlərində daha genişmiqyaslı sualları gündəmə gətirəcək.


Elnur,
Bakupost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri