Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Qərarsızlıq və onun insan psixologiyasına təsiri ŞƏRH

Qərarsızlıq və onun insan psixologiyasına təsiri ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Qərarsızlıq, hər hansı bir mövzuda qərar verə bilməmək, yaxud alternativlər arasında seçim etməyi bacarmamaq kimi dəyərləndirilir. Bir davranışın həqiqətən qərarsızlıq olub-olmamasına qərar vermək üçün əvvəlcə həmin davranışın məsuliyyətsizlikdən, diqqətsizlikdən və ya demotivasiyadan qaynaqlanmadığını müəyyənləşdirmək lazımdır. Real qərarsızlığın tərkibində tərəddüd olur, nəyin, yaxud hansının daha doğru olması ilə bağlı ümumi bir nəticəyə gələ bilməmək var. Buna görə də “ən pis qərar, qərarsızlıqdan daha yaxşıdı” sözü nəzərə alınmalıdır”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, bəzi insanlar gündəlik həyatda qərar veriləcək situasiyalarda çətinlik çəkirlər. Nə yeyəcəyini, nə geyinəcəyini, hara gedəcəyini, nə alacağını saatlarla (bəzən günlərlə) düşünür. Bu insanların bir qismində də verdiyi qərarın doğru olub-olmadığı ilə bağlı fikir qarışıqlığı müşahidə olunur. Qərarsızlıq, həm insanın özü, həm də bu vəziyyətin təsir göstərdiyi insanlar üçün çətin prosesdir. Bəs qərarsızlığın əsas səbəbləri kimi nəyi göstərə bilərik: Özgüvən əskikliyi: özgüvəni yüksək olan insanlar daha asan qərar verirlər. Amma doğru qərar vermək üçün bu özgüvənin sağlam olması vacibdir. Sağlam özgüvənə sahib insanlar müəyyən informasiyaya malik olmadıqları mövzunu başqasına danışmaqdan dolayı narahatlıq keçirmirlər. Bir dəfə qərar verdikdən sonra həmin qərarın doğru olub-olmadığı ilə bağlı fikirlər yaransa da “görəsən başqa cür qərar versəydim daha yaxşı olardı?” fikri onları narahat etmir. Sağlam özgüvənə malik insanlar yanlış qərar verə biləcəyini yaxud qərar səhv nəticələndisə bunun yanlış olduğunu qəbul edər.

Səhv etmə qorxusu: qərar vermək həm də seçim etməkdir. Eyni zamanda risk almaqdır. Etdiyi seçimin yanlış ola biləcəyini düşünmək bir çox insanda qərarsızlıq yaradır. Səhv etmə qorxusu yaşayan insanlar səhv etdikdə özlərini itirəcəklərini, ya da digər insanların mümkün reaksiyalarını düşünür və bunu şişirdirlər.

Çəkingənlik, utancaqlıq: çəkingən və utancaq insanların qərarsız olmalarının ən böyük səbəbi verdikləri zərərə görə başqalarının gözündə dəyərinin aşağı enməsi narahatlığıdır. Verdiyi qərarın bəyəniləcəyini, tənqid olunacağını, səhv başa düşüləcəyini və əks-reaksiya görəcəyini düşünərək narahat olurlar. Məktəb dövründə müəllim sual verəndə bilsə də cavab verə bilməmək buna bir nümunədir. Bu insanlarda bütün kameralar onlara çevrilmiş kimi bir hiss olur. Həmçinin digər mühüm problem, verdiyi qərarı necə açıqlayacağı və tətbiq edəcəyidir. Xüsusilə, başqalarına təsir edəcək vəziyyət olduğu təqdirdə çəkingən insanlar qərar verməkdə daha çox çətinlik çəkirlər. Buna görə də belə hallarda hər hansı bir qərarı olsa da qərarsız görünürlər.

Mükəmməlliyyətçilik: xüsusilə obsessiv-kompulsiv pozuntu yaxud şəxsiyyət olan insanlarda tez-tez müşahidə olunur. İnsan hər nə etsə də, nə qədər çalışsa da mükəmmələ çatmağı düşünür. Hər etdiyi hərəkətdə əskik nələrsə tapır. Diqqətini kiçik detallara yönəldir və heç bir nəticəyə varmır. Ən yaxşını, ən gözəli, ən mükəmməli etməyə çalışarkən heç bir qərar verə bilmir.

Qarşıdakı insanın maraq və sevgisini itirmə qorxusu: bu strukturdakı insanlar bir tərəfdən şəxsi istəklərini, digər tərəfdən də qarşısındakı insanın istəklərini düşünərkən qərarsız qalırlar. Şəxsi istəklərini yerinə yetirməyə çalışsalar, möhtac olduğunu düşündüyü sevgidən məhrum qalacaqları ilə bağlı təşviş hissi keçirirlər. Bir çox hallarda heç bir istəkləri, ehtiyacları yoxmuş kimi davranır; qərarı ya qarşı tərəfə buraxır ,ya da onun istək və tələbatlarına uyğun davranırlar.

Asılı şəxsiyyət strukturu: təkbaşına qərar verə bilməyən və özü ilə əlaqədar başqasının qərar verməsini gözləyən asılı şəxsiyyət strukturuna malik insanlar, hər mövzuda qərarı başqasının ixtiyarına buraxırlar. Psixoloqun sözlərinə görə, onların bu gözləntiləri kənardan qərarsızlıq kimi görünür:

- Məlumatı olmayan mövzuyla qarşılaşmaq;

- Qeyri-identiklik;

- Problemli, konfliktli mühit;

- Qarşısındakının təzyiq xarakterli davranışı;

- Bütün qərarların mənfi nəticələr verməsi;

- Qərarsızlıqla necə mübarizə apara bilərik?

Yalnız situasiyaya köklənin: şəxsi hisslərinizi kənara qoyun və əldə etdiyiniz məlumatlar istiqamətində mövzunu şəxsiləşdirmədən davam edin. Gizli detektiv və ya müxbir olduğunuzu düşünün. Yaxud da hakim… əlinizdəki məlumatlar, sübutlar nə göstərir? Necə davam etməlisiniz? Necə qərar verməlisiniz?

Qısa-uzun müddətin müqayisəsini aparın: verəcəyiniz qərarların böyüklüyünə görə addım atmaqda qısa və uzun müddətini müqayisə etmək faydalı olar. Çünki qərarınız uzun müddətdə sizi daha xoşbəxt edəcəksə və ya qısa müddətdə etməli olduğunuz bir işdirsə, buna uyğun qərarınızı verin. Qısa müddətdə olmalıdır? Qərar verilməlidir? Yoxsa bir müddət gözləmək olar?

“Və yaxud özünüzə ehtiyaca bağlı qərar vermə müddəti qoyun: müəyyən müddətə qədər qərar verməlisinizsə, təqviminizdə qeyd edin. Bu yolla nə vaxta qədər düşünməli və necə qərar verməli olduğunuzu daha rahat müəyyənləşdirə bilərsiniz. Beləliklə vaxtı gələndə qərar verməyə hazır olursunuz. Özünüz üçün müsbət və mənfiləri qeyd edin: qərarın böyüklüyünə əsasən müsbət və mənfiləri qeyd edib seçimləri yazılı şəkildə görməkdə fayda var. Bəlkə də axşam hara gedəcəyinizlə bağlı siyahıya ehtiyac yoxdur, amma tətil planında verməli olduğunuz mühüm qərarlar üçün siyahı hazırlamaq işinizi asanlaşdıra bilər. Qərar verdikdən sonra gözləyin: bəzən hər şeydən əmin şəkildə qərar veririk və bir neçə gün sonra əslində bu qərarın əslində nə qədər yanlış olduğunu görürük. Beləliklə, bu cür hallarda bəzən vaxtından əvvəl qərar verərək yanlış bir qərarın qarşısını almış olursunuz. Buna görə də qərar verin və gözləyin. Əgər verdiyiniz qərarın nəticələrini görməyə başlamısınızsa, əldə etdiyiniz nəticəkərə uyğun davranmaq daha faydalı olar.

Tez-tez bu sualı özünüzə verin: qərar verməyi işgəncə, yoxsa azadlıq kimi yaşamaq istəyərsiniz? Azad şəkildə yaşamaq istəyirsinizsə, səhv etmə şansınız həmişə var. Başqa sözlə, qərar verməyi öyrənmək istəyiriksə, itirməkdən qorxmamalıyıq”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri