Icma.az
close
up
RU
Qərarsızlığın insan psixologiyasına təsiri

Qərarsızlığın insan psixologiyasına təsiri

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qərarsızlıq, hər hansı bir mövzuda qərar verə bilməmək, yaxud alternativlər arasında seçim etməyi bacarmamaq kimi dəyərləndirilir. Bir davranışın həqiqətən qərarsızlıq olub-olmamasına qərar vermək üçün əvvəlcə həmin davranışın məsuliyyətsizlikdən, diqqətsizlikdən və ya demotivasiyadan qaynaqlanmadığını müəyyənləşdirmək lazımdır. Real qərarsızlığın tərkibində tərəddüd olur, nəyin yaxud hansının daha doğru olması ilə bağlı ümumi bir nəticəyə gələ bilməmək var. Buna görə də "ən pis qərar, qərarsızlıqdan daha yaxşıdı" sözü nəzərə alınmalıdır. Bəzi insanlar gündəlik həyatda qərar veriləcək situasiyalarda çətinlik çəkirlər. Nə yeyəcəyini, nə geyinəcəyini, hara gedəcəyini, nə alacağını saatlarla (bəzən günlərlə) düşünür. Bu insanların bir qismində də verdiyi qərarın doğru olub-olmadığı ilə bağlı fikir qarışıqlığı müşahidə olunur. Qərarsızlıq, həm insanın özü, həm də bu vəziyyətin təsir göstərdiyi insanlar üçün çətin prosesdir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, bəs qərarsızlığın əsas səbəbləri kimi nəyi göstərə bilərik: Özgüvən əskikliyi: özgüvəni yüksək olan insanlar daha asan qərar verirlər. Amma doğru qərar vermək üçün bu özgüvənin sağlam olması vacibdir. Sağlam özgüvənə sahib insanlar müəyyən informasiyaya malik olmadıqları mövzunu başqasına danışmaqdan dolayı narahatlıq keçirmirlər. Bir dəfə qərar verdikdən sonra həmin qərarın doğru olub-olmadığı ilə bağlı fikirlər yaransa da "görəsən başqa cür qərar versəydim daha yaxşı olardı?" fikri onları narahat etmir. Sağlam özgüvənə malik insanlar yanlış qərar verə biləcəyini yaxud qərar səhv nəticələndisə bunun yanlış olduğunu qəbul edər.

Səhv etmə qorxusu: qərar vermək həm də seçim etməkdir. Eyni zamanda risk almaqdır. Etdiyi seçimin yanlış ola biləcəyini düşünmək bir çox insanda qərarsızlıq yaradır. Səhv etmə qorxusu yaşayan insanlar səhv etdikdə özlərini itirəcəklərini, ya da digər insanların mümkün reaksiyalarını düşünür və bunu şişirdirlər.

Çəkingənlik, utancaqlıq: çəkingən və utancaq insanların qərarsız olmalarının ən böyük səbəbi verdikləri zərərə görə başqalarının gözündə dəyərinin aşağı enməsi narahatlığıdır. Verdiyi qərarın bəyəniləcəyini, tənqid olunacağını, səhv başa düşüləcəyini və əks-reaksiya görəcəyini düşünərək narahat olurlar. Məktəb dövründə müəllim sual verəndə bilsə də, cavab verə bilməmək buna bir nümunədir. Bu insanlarda bütün kameralar onlara çevrilmiş kimi bir hiss olur. Həmçinin digər mühüm problem, verdiyi qərarı necə açıqlayacağı və tətbiq edəcəyidir. Xüsusilə, başqalarına təsir edəcək vəziyyət olduğu təqdirdə çəkingən insanlar qərar verməkdə daha çox çətinlik çəkirlər. Buna görə də belə hallarda hər hansı bir qərarı olsa da qərarsız görünürlər.

Mükəmməlliyyətçilik: xüsusilə obsessiv-kompulsiv pozuntu yaxud şəxsiyyət olan insanlarda tez-tez müşahidə olunur. İnsan hər nə etsə də, nə qədər çalışsa da mükəmmələ çatmağı düşünür. Hər etdiyi hərəkətdə əskik nələrsə tapır. Diqqətini kiçik detallara yönəldir və heç bir nəticəyə varmır. Ən yaxşını, ən gözəli, ən mükəmməli etməyə çalışarkən heç bir qərar verə bilmir.

Qarşıdakı insanın maraq və sevgisini itirmə qorxusu: bu strukturdakı insanlar bir tərəfdən şəxsi istəklərini, digər tərəfdən də qarşısındakı insanın istəklərini düşünərkən qərarsız qalırlar. Şəxsi istəklərini yerinə yetirməyə çalışsalar, möhtac olduğunu düşündüyü sevgidən məhrum qalacaqları ilə bağlı təşviş hissi keçirirlər. Bir çox hallarda heç bir istəkləri, ehtiyacları yoxmuş kimi davranır; qərarı ya qarşı tərəfə buraxır ya da onun istək və tələbatlarına uyğun davranırlar.

Asılı şəxsiyyət strukturu: təkbaşına qərar verə bilməyən və özü ilə əlaqədar başqasının qərar verməsini gözləyən asılı şəxsiyyət strukturuna malik insanlar, hər mövzuda qərarı başqasının ixtiyarına buraxırlar.

Psixoloqun qeyd etdiyinə görə, onların bu gözləntiləri kənardan qərarsızlıq kimi görünür:

- Məlumatı olmayan mövzuyla qarşılaşmaq;

- Qeyri-identiklik;

- Problemli, konfliktli mühit;

- Qarşısındakının təzyiq xarakterli davranışı;

- Bütün qərarların mənfi nəticələr verməsi;

- Qərarsızlıqla necə mübarizə apara bilərik?

"Yalnız situasiyaya köklənin: şəxsi hisslərinizi kənara qoyun və əldə etdiyiniz məlumatlar istiqamətində mövzunu şəxsiləşdirmədən davam edin. Gizli detektiv və ya müxbir olduğunuzu düşünün. Yaxud da hakim… əlinizdəki məlumatlar, sübutlar nə göstərir? Necə davam etməlisiniz? Necə qərar verməlisiniz?

Qısa-uzun müddətin müqayisəsini aparın: verəcəyiniz qərarların böyüklüyünə görə addım atmaqda qısa və uzun müddətini müqayisə etmək faydalı olar. Çünki qərarınız uzun müddətdə sizi daha xoşbəxt edəcəksə və ya qısa müddətdə etməli olduğunuz bir işdirsə, buna uyğun qərarınızı verin. Qısa müddətdə olmalıdır? Qərar verilməlidir? Yoxsa bir müddət gözləmək olar?

Və yaxud özünüzə ehtiyaca bağlı qərarvermə müddəti qoyun: müəyyən müddətə qədər qərar verməlisinizsə, təqviminizdə qeyd edin. Bu yolla nə vaxta qədər düşünməli və necə qərar verməli olduğunuzu daha rahat müəyyənləşdirə bilərsiniz. Beləliklə vaxtı gələndə qərar verməyə hazır olursunuz. Özünüz üçün Müsbət və mənfiləri qeyd edin: qərarın böyüklüyünə əsasən müsbət və mənfiləri qeyd edib seçimləri yazılı şəkildə görməkdə fayda var. Bəlkə də axşam hara gedəcəyinizlə bağlı siyahıya ehtiyac yoxdur amma tətil planında verməli olduğunuz mühüm qərarlar üçün siyahı hazırlamaq işinizi asanlaşdıra bilər. Qərar verdikdən sonra gözləyin: bəzən hər şeydən əmin şəkildə qərar veririk və bir neçə gün sonra əslində bu qərarın əslində nə qədər yanlış olduğunu görürük. Beləliklə, bu cür hallarda bəzən vaxtından əvvəl qərar verərək yanlış bir qərarın qarşısını almış olursunuz. Buna görə də qərar verin və gözləyin. Əgər verdiyiniz qərarın nəticələrini görməyə başlamısınızsa, əldə etdiyiniz nəticəkərə uyğun davranmaq daha faydalı olar.

Tez-tez bu sualı özünüzə verin: qərar verməyi işgəncə, yoxsa azadlıq kimi yaşamaq istəyərsiniz? Azad şəkildə yaşamaq istəyirsinizsə, səhvetmə şansınız həmişə var. Başqa sözlə, qərar verməyi öyrənmək istəyiriksə, itirməkdən qorxmamalıyıq", - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri