Tortların insan psixologiyasına təsiri
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici tədqiqatçılar tortların yalnız dad baxımından deyil, psixoloji təsirləri ilə də önəmli olduğunu ortaya qoyublar.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, London Universitetində aparılan araşdırmaya görə, şirniyyatların, xüsusilə tortların istehlakı beyində “xoşbəxtlik hormonu” kimi tanınan serotonin və dopamin ifrazını artırır.
Bu da qısa müddətli olsa da, insanın əhval-ruhiyyəsini yüksəldir, stressi azaldır.
Alimlər qeyd edirlər ki, doğum günü və digər sosial tədbirlərdə tortun ən çox seçilən şirniyyat olması təsadüfi deyil. Çünki tort həm simvolik olaraq birlik və sevinc rəmzi sayılır, həm də onun tərkibindəki şokolad, vanil və şəkər insan psixikasına müsbət təsir göstərir.
Bununla yanaşı, mütəxəssislər tortların çox istifadəsinin sağlamlıq üçün zərərli ola biləcəyini də vurğulayıblar. Balanslı istehlakın həm psixoloji, həm də sosial fayda gətirdiyi bildirilib.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Avqust 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















