Icma.az
close
up
RU
Qərb bölgəsinin “vurmaq” üzrə liderliyi SƏBƏB KONKRET

Qərb bölgəsinin “vurmaq” üzrə liderliyi SƏBƏB KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Seyfəddin Əsəd: “Qazax-Tovuz bölgəsində alkoqollu içkilərin geniş yayılmasının səbəblərindən biri burada üzümçülüyün inkişafı və sovet dövründə şərab zavodlarının yaradılması ilə bağlıdır”

Azərbaycanda 2026-cı ilin ilk rübündə əhali alkoqollu içkilərə ay ərzində adambaşına orta hesabla 2,35 manat pul xərcləyib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qurumun ev təsərrüfatları üzrə tədqiqatının yekun nəticələrinə əsasən təqdim etdiyi məlumata görə, şəhər yerlərində alkoqollu içkilərə çəkilən aylıq xərc adambaşına 2,47 manat, kənd yerlərində isə 2,22 manat təşkil edib.

İqtisadi rayonlar üzrə göstəricilər isə belədir:
-Qazax-Tovuz – 3,9 manat – ən yüksək göstərici;
-Şəki-Zaqatala – 2,6 manat;
-Gəncə-Daşkəsən – 2,5 manat;
-Abşeron-Xızı – 2,5 manat;
-Bakı – 2,5 manat;
-Mərkəzi Aran – 2,5 manat;
-Naxçıvan – 2,4 manat;
-Qarabağ – 2,4 manat;
-Mil-Muğan – 2,2 manat;
-Şərqi Zəngəzur – 2,2 manat;
-Quba-Xaçmaz – 2,0 manat;
-Dağlıq Şirvan – 1,6 manat;
-Şirvan-Salyan – 1,5 manat;
-Lənkəran-Astara – 1,4 manat – ən aşağı göstərici.

Beləliklə, ölkə üzrə ən yüksək göstərici Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada əhali ay ərzində adambaşına orta hesabla 3,9 manatını alkoqollu içkilərə xərcləyib. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda – 1,4 manat təşkil edib.
Bu rəqəmlər isə bir sıra suallar doğurur: Qazax-Tovuzda niyə bu göstərici digər iqtisadi rayonlarla müqayisədə daha yüksəkdir? Bu göstəricini həmin bölgədə alkoqol istehlakının daha çox olması kimi qiymətləndirmək olarmı, yoxsa burada başqa sosial, tarixi və iqtisadi amillər də rol oynayır?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd Musavat.com-a danışıb. Mütəxəssis bildirib ki, Qazax-Tovuz bölgəsində alkoqollu içkilərin geniş yayılmasının səbəblərindən biri tarixi olaraq burada üzümçülüyün inkişafı və sovet dövründə şərab zavodlarının yaradılması ilə bağlıdır: “Vaxt var idi ki, Qazax-Tovuz zonasında çaxır və araq çəkilmirdi. Sonradan, xüsusilə sovet dövründə üzümçülüyün inkişafı ilə vəziyyət dəyişdi. Böyük sovxozların əksəriyyətində üzümçülük təsərrüfatları yaradıldı, onların nəzdində şərab zavodları fəaliyyətə başladı. Şərab zavodlarının yaranması ilə arağa, çaxıra və konyaka çıxış da asanlaşdı. İnsanların bu içkilərə əlçatanlığı artdı. Əlçatanlıq artdıqca da təbii olaraq istehlak genişlənməyə başladı”.

Mütəxəssis hesab edir ki, burada təkcə məhsulun əlçatanlığı deyil, ailə və sosial mühit də mühüm rol oynayıb: “Həmin dövrdə insanların sosial vəziyyəti də müəyyən qədər yaxşılaşdı, evlər tikildi, yaşayış tərzi dəyişdi. Uşaq da gözünü açanda ailədə atasının içki içdiyini görürdü. Ata bəzən uşağı göndərirdi ki, gedib araq və ya siqaret gətirsin. Beləliklə, bu mənzərə tədricən gündəlik həyatın bir hissəsinə çevrilirdi. Uşaq üçün də həmin davranış adiləşirdi. Bu, əsas səbəblərdən biridir. Digər tərəfdən, bölgədə meyvəçilik də geniş yayılıb. Meyvə bol olduğuna görə insanlar müxtəlif meyvələrdən spirtli içkilər hazırlamağa başladılar. Həm ticarət, həm də şəxsi istehlak baxımından bu ənənə formalaşdı. İnsanlar həm içirdilər, həm istehsal edib pul qazanırdılar, həm də öz fikirlərinə görə, “təmiz araq” hazırlayıb istifadə edirdilər. İndi, məsələn, zoğal arağının bir litrinin qiymətinin nə qədər olduğunu bilirsinizmi? Çox baha satılır. Ərik arağı da eyni qaydada bahadır. Yəni bütün bunlarda üzümçülüyün və meyvəçiliyin inkişafının böyük rolu olub. Pambıqçılıq dövründə isə belə ənənə geniş yayılmamışdı, araq çəkənlər az idi. Bu gün də vəziyyət müəyyən mənada dəyişməyib. Ölkədə araq istehsal edən çoxlu sex və müəssisələr var. Orada işləyən, həmin müəssisələrlə əlaqəsi olan, qohumu və ya tanışı çalışan insanlar da var. Yəni məhsula əlçatanlıq yüksəkdir. Öz evində spirtli içki hazırlayanların sayı da az deyil. Əlçatanlıq artdıqca istehlak da artır”.


Seyfəddin Əsəd hesab edir ki, bölgədə alkoqol istehlakını milli xüsusiyyət və ya “genetik amil”lə izah etmək düzgün yanaşma deyil. Onun fikrincə, burada tarixən formalaşmış sosial münasibətlər, qonşu ölkələrlə əlaqələr və sərhəd bölgəsi faktorunun da müəyyən təsiri olub: “Sovet dövründə Ermənistanla əlaqələr geniş idi, insanlar bir-biri ilə qohumluq və kirvəlik münasibətləri saxlayırdılar. Sərhədə yaxın ərazilərdən gedib-gəlmələr olurdu. Gürcüstanla da əlaqələr vardı. Gənclər Gürcüstana, Tiflisə gedir, orada yeyib-içirdilər. Bütün bu amillər bir yerdə bölgədə içki mədəniyyətinin formalaşmasına müəyyən təsir göstərib”.

“Qazax-Tovuz bölgəsində alkoqollu içkilərə xərclərin yüksək olması əhalinin sağlamlığına nə dərəcədə təsir göstərir” sualına isə mütəxəssis bu cür cavab verib: “Qazax-Tovuz kənd təsərrüfatı rayonudur. Bu gün insanlar artıq başa düşüblər ki, bərəkət və qazanc torpaqdadır. Əhalinin böyük hissəsi işləyir. Fiziki əməyin olduğu yerdə hərəkətlilik və sağlam həyat tərzi də daha çox olur. Oturaq həyat keçirən insanla gün ərzində fiziki işlə məşğul olan insanın həyat tərzi eyni deyil. Bu gün dünyada da oturaq həyat tərzinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı çoxsaylı araşdırmalar aparılır. Fiziki aktivlik insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Günəş işığı da orqanizm üçün vacibdir. Məsələn, D vitamini çatışmazlığı geniş yayılmış problemdir. Günəşdən alınan D vitamininin orqanizmdə müəyyən müddət depolandığı və insan sağlamlığı üçün əhəmiyyətli olduğu məlumdur. Yəni torpaq, su, kənd təsərrüfatı, fiziki əmək və dağlıq ərazilərdə heyvandarlıq kimi məşğuliyyətlər də insanların həyat tərzinə təsir göstərir. Dağlıq ərazilərdə yaşayan insanlar gün ərzində daha çox hərəkət edir, fiziki işlə məşğul olurlar. Bu da sağlamlığa müsbət təsir göstərə bilər. Təbii ki, xəstəliklər və ölüm halları da ayrıca məsələdir. Bu gün bir çox insan ürək-damar xəstəliklərindən, insult və infarktdan həyatını itirir. Amma tibb də inkişaf edir. Angioqrafiya, stentləşdirmə, açıq ürək əməliyyatları və digər müasir müalicə üsulları sayəsində vaxtilə ölümə səbəb olan bir çox xəstəliklərin qarşısını almaq mümkün olur. Əvvəllər ürək-damar xəstəliklərindən ölüm faizi daha yüksək idisə, bu gün müasir tibbi imkanların genişlənməsi həmin risklərin müəyyən hissəsini azaltmağa imkan verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Avqust 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri