Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Yol Ankara və Bakıdan keçir, baş nazir Ərdoğandan vaxt istəyib TƏHLİL

Yol Ankara və Bakıdan keçir, baş nazir Ərdoğandan vaxt istəyib TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş nazir Türkiyə sayəsində Rusiyanın təzyiqlərindən xilas olmaq şansı qazanmağa çalışır


Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri Ermənistan-Türkiyə münasibətlərində normallaşma səylərinin davam etdiyini göstərir. Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşıdır və Ankara İrəvanla münasibətlərdə Bakı ilə paralel addımlar atma prinsipinə sadiqdir. Bu baxımdan Ermənistanın Türkiyə ilə yaxınlaşması, eyni zamanda Azərbaycanın maraqlarını da nəzərə almağa məcbur edə bilər. Paşinyan bu səfərlə həm də Ermənistanın regional təcridini aradan qaldırmağa, balanslı siyasət yürütməyə çalışır. Bu, Ermənistanın sülh gündəliyinə marağının davam etdiyinə işarə sayıla bilər. 

Türkiyə ilə açıq dialoq, Ermənistanın regionda daha konstruktiv mövqe tutmaq istədiyini göstərə bilər. Əgər Türkiyə-Ermənistan münasibətləri irəliləyərsə, bu zaman Ankara İrəvana qarşı daha konkret tələblər irəli sürə bilər. O cümlədən Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər, sülh sazişinin imzalanması kimi məsələlərdə də İrəvana təzyiq edər. Bu isə dolayı yolla Azərbaycanın sülh prosesində daha əlverişli mövqeyini gücləndirər. Yox əgər Paşinyan bu səfəri yalnız balans siyasəti yürütmək və Qərb-Türkiyə xətti ilə Azərbaycana təzyiqləri azaltmaq üçün edirsə, bu zaman sülh prosesində manipulyasiya riski yaranar. Bu halda prosesi ləngidən addımların şahidi ola bilərik. Nəticə etibarı ilə Nikol Paşinyanın Türkiyəyə səfəri, əgər real dialoq və əməkdaşlıq niyyəti daşıyırsa, Azərbaycan-Ermənistan sülh prosesinə müsbət təsir edə bilər. Xüsusilə Ankara vasitəsilə İrəvana birbaşa mesajların çatdırılması və regionda sabitliyin təmininə yönəlmiş təşəbbüslər bu prosesi irəlilədə bilər. 


Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, hazırda Ermənistan olduqca qəliz situasiyaya düşüb. Ekspertin sözlərinə görə, Qərbə inteqrasiya siyasəti demək olar ki, iflasa uğramaq üzrədir. Çünki Paşinyan hakimiyyəti Qərbdən umduğu səviyyədə dəstək almaqda çətinlik çəkir: 

"Bu da istər-istəməz Ermənistanı Rusiyanın qarşısında daha aciz duruma düşürür. Təbii ki, hazırda Rusiyanın Ermənistana yönəlik təzyiqləri intensiv xarakter daşıyır və güclənməkdə davam edir. Belə vəziyyətdə Ermənistanın qarşısında seçim o qədər də çox deyil. Birinci seçim ondan ibarətdir ki, Qərbə inteqrasiya siyasətindən imtina olunmalıdır, Rusiyanın orbitinə geri qayıdılmalıdır. Bu, Paşinyan hakimiyyətini qətiyyən təmin etmir, çünki Rusiyanın orbitinə geri qayıtmaqla Ermənistan istənilən halda Kremlin idarə etdiyi coğrafi məkana çevriləcək. Kreml Ermənistanın xəyanətini bağışlamaq niyyətində olmadığını sezdirir. Ermənistan Rusiyanın qeyri-rəsmi quberniyasına çevrilmək təhlükəsi qarşısındadır. Digər təhlükə ondan ibarətdir ki, Kreml Paşinyan hakimiyyətini mütləq dəyişdirmək niyyətindədir. Artıq Ermənistandakı Rusiya kəşfiyyatının nəzarətində olan qüvvələr, xüsusilə erməni kilsəsi və silahlı "Qarabağ klanı" hərəkətə gətirilib. Paşinyan çox gözəl anlayır ki, Rusiya Ermənistanda növbəti parlament seçkilərinə qədər hakimiyyət dəyişikliyinə cəhd göstərəcək".


Analitik qeyd edib ki, hətta Paşinyan öz yaxın ətrafına həm erməni kilsəsinin, həm də "Qarabağ klanı"nın Rusiya tərəfindən idarə olduğunu bildirib: 

"Baş nazir buna qarşı müqavimət göstərir. Belə bir situasiyada Paşinyanın qarşısında alternativlərin sayı o qədər çox deyil. Demək olar ki, yeganə alternativ Azərbaycan və Türkiyə ittifaqı ilə münasibətləri normallaşdırmaq və əməkdaşlığa nail olmaqdır. Paşinyanın Azərbaycan dövlətini və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi erməni siyasi düşüncəsində bir yenilikdir. Həm də Ermənistanın radikal revanşist müxalif qüvvələrini qıcıqlandıran bir yenilikdir. Digər tərəfdən, eyni davranışı Paşinyanın Türkiyəyə münasibətdə də etməsi erməni diasporunda və radikal revanşist erməni müxalifətində ciddi narazılıq doğurub. Çünki Paşinyanın Türkiyəyə səfəri Ermənistan baş nazirinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında razılaşdırılıb. Danışıqlarda Paşinyan Ərdoğanı və Türkiyəni də Qurban bayramı münasibətilə təbrik etmişdi. Məhz telefon danışığı sayəsində Paşinyan Türkiyəyə səfər razılığı ala bilmişdi. Önəmli məqamlardan biri odur ki, rəsmi Ankara Ermənistana mesaj verdi ki, bu, tam keyfiyyətli bir səfər sayıla bilməz. Çünki adətən bir dövlətin liderini səfər etdiyi ölkədə həmin ölkənin paytaxtında qəbul edirlər. Ancaq Paşinyan paytaxt Ankarada deyil, İstanbulda qəbul olundu. Bununla belə, bu, Baş nazir Nikol Paşinyanı tamamilə qane edirdi. Çünki Ermənistanın baş naziri Türkiyə ilə münasibətləri normallaşdıraraq, hətta yaxınlaşma görüntüsü yaradaraq olduqca önəmli hədəfləri qarşısına qoyub. Baş nazir Türkiyə sayəsində Rusiyanın təzyiqlərindən xilas olmaq şansı qazanmağa çalışır. Eyni zamanda Türkiyədən Qərbə bir nəfəslik çıxış pəncərəsi aça biləcəyinə ümid bəsləyir. Paşinyan Azərbaycan və Türkiyəni qane edəcək müəyyən addımlara hazır olduğunu da qətiyyən gizlətmir". 


E.Xalidbəyli əlavə edib ki, Paşinyan Azərbaycanla sülh sazişini imzalamaq üçün rəsmi Bakının iki önəmli şərtini yerinə yetirməyə hazır olduğuna yönəlik eyhamlar vurur:

 "Digər tərəfdən Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizi ilə bağlı məsələni Azərbaycan və Türkiyənin maraqları çərçivəsində reallaşdırmağa hazır olduğuna yönəlik də bəzi siqnallar mövcuddur. Yəni böyük ehtimalla bu məsələlər Ərdoğanla görüşdə müzakirə olunub və Ermənistana münasibəti məhz bu iki məsələnin həllindən asılıdır. Yəni rəsmi Ankara Ermənistandan Azərbaycanla sülh sazişini imzalamasını gözləyir. Bir də Zəngəzur dəhlizinin açılmasına imkanların yaradılmasını tələb edir. Bu iki məsələ həll olunduqdan sonra nə Türkiyə ilə Ermənistan arasında, nə də Azərbaycanla Ermənistan arasında elə bir ciddi problem qalacaq. Bu da Ermənistanın həm iqtisadi, ticarət, həm də nəqliyyat kommunikasiya baxımından geniş inkişaf perspektivləri qazanması anlamına gələ bilər. Xüsusilə də Ermənistanın blokadadan çıxma şansları yaranır. Hazırda Ermənistan tamamilə iqtisadi, hərbi, siyasi cəhətdən Rusiyadan asılı vəziyyətdədir. Əgər Paşinyan qarşısına qoyduğu hədəflərə həqiqətən nail olarsa, o zaman Azərbaycan və Türkiyə üzərindən Qərbə çıxış yolu qazanar. Qərbə inteqrasiya kursunun inkişafına münbit şərait yaradar. Bütün bunları nəzərə aldıqda Baş nazir Nikol Paşinyanın bu qədər tez-tələsik və israrla Türkiyəyə səfər etməyə can atmasının arxasında gizlənən önəmli geopolitik səbəblər aydınlaşır".


Siyasi şərhçinin qənaətincə, böyük ehtimalla Baş nazir Nikol Paşinyan Türkiyə səfərində Prezident Rəcəb Tayyib Ərdoğandan ona zaman verilməsini də xahiş edib: 

"Həm sülh sazişinin imzalanması üçün rəsmi Bakının şərtlərini yerinə yetirmək, həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı münbit şəraitin yaradılması Paşinyan üçün olduqca qəliz məsələlərdir. Paşinyan bu məsələdə ona növbəti parlament seçkilərinədək zaman istəmiş ola bilər. Yəni seçkilərdə qalib gəldikdən sonra bütün problemləri həll etmə öhdəliyini üzərinə götürmüş ola bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyun 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri