Icma.az
close
up
RU
Blinken YPGni Türkiyədən qoruya biləcək? TƏHLİL

Blinken YPGni Türkiyədən qoruya biləcək? TƏHLİL

Mia.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Entoni Blinken dekabrın 13-də Türkiyənin paytaxtı Ankaraya gəlib. Səfər çərçivəsində o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb, Suriya ilə bağlı müzakirələr aparıb.
Görüşün diqqətçəkən məqamı isə Ərdoğanın Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirməsi olub. Bundan əlavə, Ərdoğan görüşdə PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliklə bağlı tədbirlər görəcəyini də vurğulayıb.
Blinken görüşdən sonra bildirib ki, Vaşinqton və Ankara Suriyanın gələcəyinə baxışla bağlı razılığa gəliblər.
“Bizim diqqətimiz Suriya xalqı üçün açılan imkandan istifadə etməyə yönəlib. Məqsədimiz Suriya xalqını Bəşər Əsədin zəncirlərindən azad etməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidanla müzakirələrimiz zamanı Suriyanın gələcəyi ilə bağlı atılacaq addımlar haqqında geniş mənada razılığa gəldik”, – dövlət katibi bildirib.
Vaşinqton və Ankaranın Suriyanın gələcəyi ilə bağlı razılığa gəldiyi iddia edilsə də, Ərdoğanın dedikləri ilə Blinkenin açıqlaması fərqli rəy yaradır. Belə ki, Ərdoğanın gündəliyində PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliklə bağlı tədbirlər olduğu halda Blinken bu məsələləri qeyd etmir.
ABŞ-la Türkiyə arasında indiki məqamda əldə edilən razılıq şifahidir. Bu, həm də onu deməyə əsas verir ki, Vaşinqton indiki məqamda Ankara ilə gərginlikdə maraqlı deyil. Bayden dönəmi və demokratların dövrü bitdi. Respublikaçılar və Tramp dövrünə qədər Ankara-Vaşinqton münasibətləri sabit olmalıdır. Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra şifahi razılığın nə qədər etibarlı olduğu bilinəcək.
Ərdoğan üçün PKK/YPG kimi terror təşkilatlarına qarşı milli təhlükəsizlik nə qədər mühümdürsə, ABŞ üçün bu qruplaşmaların varlığı o qədər vacibdir.
Ümumilikdə belə deyə bilərik ki, Ərdoğan ABŞ-ı Suriya və regionda sabitliyin bərpasına dəvət edir, lakin Vaşinqton o səmtə “getmir”.

Turan Rzayev 

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri