Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Qərb Ermənistan üçün sülh qapısını bağlayır

Qərb Ermənistan üçün sülh qapısını bağlayır

Icma.az, Sia Az saytına istinadən bildirir.

Qərb Cənubi Qafqazda yeni çaxnaşma planını artıq işə salıb. Bu gün Gürcüstanda baş verənlər bu planın açıq hissəsidir. “Demokratiya ixracatçıları” Tbilisidəki xaosla yanaşı Ermənistan və Azərbaycan arasında da qanlı toqquşma üçün düyməni basmağa hazırlaşırlar. Belə görünür ki, yenə Nikol Paşinyan qan-qada izinə düşüb. 44 günlük müharibədə əzici məğlubiyyətdən dərs çıxarmayan bu siyasi marionet və siyasi şoumen, görünür Hindistandan, Fransadan, habelə yenicə Yunanıstandan aldığı silahlaların qoxusundan cəsarətlənib. Onu belə “cürətə” mindirən əsas məqam isə heç şübhəsiz ki, Yelisey Sarayından aldığı dəstək və təlimatlardır. Aydındır ki, bu gün N.Paşinyan Fransa prezidenti Emmanuel Makronun əlində alətə çevrilmiş fiqur kimi tanınır. Bu siyasi iradəsiz isə Ermənistanı uzun illərin acınacaqlı ələbaxan imicindən qurtarmaq, ölkəni ayağa qaldırmaq və regiondakı layihələrə qoşmaq əvəzinə, Qərbdən “yardım“ adı ilə ona göndərilən yüz milyonlarla dollarların təsiri ilə bölgədə qanlı macəra axtarışındadır.

Konstitusiya dəyişikliyinin 2027-ci ilə qədər uzadılması, erməni cəmiyyətində başqalarının torpaq və ərazi bütövlüyünə hörmət olunmasının zəruriliyi barədə ictimai rəyin formalaşdırılmaması, azacıq dara düşən kimi ənənəvi erməni streotipləri sayılan daşnak ideologiyasından çıxış etməsi- bütün bunlar N.Paşinyanı xarakterizə edən məqamlardır. Bu adam o dərəcədə iradəsizldir ki, kiçicik bir addımını belə öz siyasi ağaları ilə razılaşdırıb atır. Ağaları isə Brüsseldə, Parisdə, Berlində, Vaşinqtonda əyləşib Cənubi Qafqazı yenidən qan çəlləyinə çevirmək üçün planlar qururlar. Tbilisidəki son proseslər açıqca Qərbin “incə əl işi”dir. Xaos və “demokratiyanın” sintezi...
Əslində regionda güclənən Türkiyə-Azərbaycan faktoru Qərbdəkiləri, xüsusilə Fransanı açıq və aqressiv siyasət aparmağa sövq edir. Amma Yelisey Sarayı bu məsələdə tək deyil, yaxud bu təxribatları özbaşına planlaşdırmır. “Bu gün Azərbaycan əleyhinə təxribat siyasətində onunla bir cəbhədə dayanan xeyli qüvvə mövcuddur. Təsəvvür edin ki, Avropa İttifaqı “Sülh Fondu”nun dəstəyi ilə Ermənistanı “özünümüdafiə məqsədi ilə silahlandırmaq” fikrini açıq-aydın bəyan edib və artıq neçə ildir ki, bu işin “texniki tərəfləri” üçün Ermənistanda Aİ-nin “mülki missiyası” fəaliyyət göstərir. Üstəgəl bir müddət əvvəl ABŞ tərəfindən rəsmi İrəvan üçün ayrılan on milyonlarla dollar “humanitar yardım” payı da elan edildiyi kimi humanitar məqsədlər üçün ayrılmayıb. Xüsusuilə Ermənistanı yeni hərbi təxribatlara sövq etmək üçün Aİ-nın belə canfəşanlığı işin daha dərin qaranlıq tərəflərinə də diqqət çəkir.
Dəhşətli vəziyyətə baxın, bütün günü “demokratiya”, “sülh” deyib bağıran Aİ, heç bir lüzum olmadığı halda, əlində Azərbaycanın Ermənistana hücum edəcəyinə dair bircə faktın mövcud olmadığı şəraitdə Ermənistanı silahlandırmaqla məşğuldur və bunu qanuniləşdirir də. Bu işdə Aİ və Fransanın yanında Tehrandan tutmuş Dehliyə qədər bir çox paytaxtlar da yer alırlar. Regionda sülhdən başqa nəyə desən maraqı olan istənilən qüvvə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin baş tutmaması üçün çalışırlar...

“Gürcüstanda baş verənlər Qərbin Cənubi Qafqazda törədəcəyi dağıdıcı təxribatlar üçün ilk siqnaldır”

Digər vacib bir məqama diqqət edək. Niyə E.Makron israrla Ermənistanın “xaç atası” olmağa cəhd edir?. Əlbəttdə anlaşılandır ki, şəxsən E.Makronun dünyanın əksər ölkələrindən, həttda illərdir müstəmləkə altında saxladığı koloniyalardan açıq nifrətlə və təhqirlərlə qovulmasından sonra rəsmi Parisin Ermənistana aşkar şəkildə qahmar çıxması, heç də məqsədsiz və ya təmənnasız deyil. E.Makronun yarıtmaz hakimiyyəti ilə sürətlə dünyada nüfuzdan düşən Fransa, açıq görünür ki, Cənubi Qafqazda, Rusiyanın “qulağının dibində” məskən salmaq istəyir. Fransanın erməni sevdasının arxasında ilk növbədə onun Cənubi Qafqaz regionuna gəlməsi istəyi dayanır. Fransa Cənubi Qafqaz regionundakı mövcudluğunu məhz Ermənistanın hesabına təmin edir ki, bu da rəsmi Paris üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük dividentlər gətirə bilər. Fransadakılar erməniyə dəstək verəndə ilk növbədə gələcək planlarını düşünürlər. Heç şübhəsiz ki, E.Makron və komandası bu amilə də xüsusi önəm verirlər. Çünki Fransa bu yolla iqtisadi müstəqillikdən məhrum olan Ermənistan üzərində siyasi baxımdan olduğu kimi, iqtisadi baxımdan da ağalığa nail olacaq, bu üstünlükdən öz maraqlarının təminində gen-bol istifadə edəcək.
Əsrlərdir ki, Rusiya faktorunun birmənalı şəkildə üstünlük təşkil etdiyi, heç bir Avropa dövlətinin müdaxilə edə bilmədiyi Cənubi Qafqaz bölgəsi, bu gün Ermənistanın “dabanyalayan” siyasəti nəticəsində Fransa üçün açıq hala gəlib. Fransa Ermənistanı himayə etməklə, onun bütün cinayətlərinə göz yummaqla, bütün bu cinayətlərə şərik olmaqdadır. Mən düşünürəm ki, həm Fransa, həm ABŞ, həm də Aİ qarşıdakı müddətdə Cənubi Qafqazda daha dağıdıcı siyasət üçün aktiv fazaya keçəcəklər. Donald Trampın Ağ Evin sükanı arxasına keçməsi Qərbin planlarına təsir etməyəcək. Çünki burda da hər kəsin öz maraqları var və Avropa qitəsindəkilərin ABŞ-a hansısa güzəşti ağlabatan deyil.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see257

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see253

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see249

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see247

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see241

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see234

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see231

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see228

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see220

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see209

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see204

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see200

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see197

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see195

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see195

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see192

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see190

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see184

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see178

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri