Icma.az
close
up
RU
Qərb Ermənistanın fəlakətində maraqlıdır: Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır

Qərb Ermənistanın fəlakətində maraqlıdır: Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəsmi İrəvanı Azərbaycanla növbəti müharibəyə təhrik edən ABŞ, Avropa Birliyi və Fransaya Ermənistanın ağır hərbi məğlubiyyəti olduqca vacibdir... “Məkrli üçlük” bununla bir tərəfdən Ermənistanda hərbi kontingent yerləşdirmək, digər tərəfdənsə, fərqli formatda “Minsk Qrupu”nun analoqunu yaratmaq bəhanəsi qazanmağa can atır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazı yenidən qarışdırmağa çalışırlar. Üstəlik, bu regionda yeni hərbi münaqişənin törədilməsi üçün israrla cəhd göstərirlər. Cənubi Qafqazın növbəti savaşa düçar edilməsi ilə bağlı israrlı cəhdlərin arxasında isə ABŞ, Avropa Birliyi və Fransa dayanır. Belə ki, bu “məkrli üçlük” Cənubi Qafqazı öz geopolitik maraqlarının girovuna çevirməyə can atır. Və “məkrli üçlük” regionu qarışdırmaq üçün əsasən iki istiqamət üzrə hərəkət etməyə üstünlük verir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Fransanın Gürcüstan üzrə qarışıqlıq fəaliyyəti artıq həlledici mərhələyə keçib. Belə ki, Fransanın agenti olduğu bildirilən və səlahiyyət müddəti bitmək üzrə olan prezident Salome Zurabişvilinin liderliyi ilə Gürcüstanda hakimiyyət çevrilişinə cəhd göstərilir. Əgər, “məkrli üçlük” bu planına nail olmazsa, Gürcüstanın ümumiyyətlə, xaosa sürüklənməsi ilə bağlı da planın olduğu bildirilir. Və xaosun yaradılmasının da son nəticədə Gürcüstanda hakimiyyət çevrilişinə yol aça biləcəyi istisna olunmur.

Təbii ki, ABŞ, Avropa Birliyi və Fransanın ikinci əsas qarışıqlıq fəaliyyəti ilə bağlı seçdiyi istiqamət Ermənistan üzərindən reallaşdırılmaqdadır. Belə ki, “məkrli üçlük” böyük sürətlə Ermənistanı silahlandırmaqda davam edir. Hazırda Ermənistana ən müasir hücum silahları göndərilir. Hər imkanda Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan edən ABŞ, Avropa Birliyi və Fransanın bu regionda tamamilə fərqli maraqlarının olduğu artıq qətiyyən şübhə doğurmur. Və bu maraqların sülhə yönəlik heç bir yaxınlığı mövcud deyil.

Məsələ ondadır ki, “məkrli üçlük” Cənubi Qafqaza hərbi-siyasi cəhətdən tam yerləşmək niyyətində olduğunu biruzə verir. Əslində, ABŞ, Avropa Birliyi və Fransanın bütün geopolitik planları da məhz bu hədəf üzərində qurulurb. Bu hədəfin reallaşması isə regional sülh prosesinin uğur qazanacağı təqdirdə, qətiyyən mümkün deyil. Və bu səbəbdən də, Ermənistanı silahlandıraraq, sülh prosesindən uzaqlaşdırmağa cəhd göstərirlər.

Digər önəmli məqamlardan biri ondan ibarətdir ki, “məkrli üçlük” öz davranışları ilə rəsmi İrəvanı növbəti savaşa cəsarətləndirməyi bacarıb. Hətta bəzi məlumatlara görə, rəsmi İrəvan Ermənistanın müdafiə naziri Suren Papikyanı məhz bu məsələ ilə bağlı ABŞ-a göndərib. Erməni nazirin ABŞ hərbi-siyasi dairələri ilə hərbi əməliyyatların vaxtını, taktiki hədəflərini və əhatə dairəsini müəyyən etmək üçün məsləhətləşmələr aparacağı bildirilir. Və bu, Ermənistanın ən qısa zamanda savaşa başlamaq niyyətində olduğunu göstərir.

Əslində, Paşinyan hakimiyyətinin hazırda növbəti savaşa can atması o qədər də göslənilməz deyil. Belə ki, Azərbaycanın “Dəmir yumruğu”nun təsirlərini nisbətən unutmağa başlayıblar. Eyni zamanda, “məkrli üçlük”dən gələn silahlar rəsmi İrəvanı cəsarətləndirib. İndi Paşinyan hakimiyyəti sadəcə, savaşın Ermənistan üçün revanşist nəticələrinə Qərbdən təminat almağa çalışır. Və bu məqsədlə də, “məkrli üçlük”lə səhnəarxası təmaslar intensivləşdirilib.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı revanşist planları artıq çoxdan hazırdır. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan hələ bir neçə ay əvvəl bu planlarını NATO-nun hərbi rəhbərliyi ilə qapalı toplantıda təqdim etmişdi. O, NATO təmsilçilərinə Ermənistanın Rusiyaya qarşı bu alyansın cənub cinahı olmasını təklif etmişdi. Əvəzindəsə, Ermənistanın Azərbaycana qarşı növbəti savaşda birmənalı şəkildə dəstəklənməsini istəmişdi. Və belə anlaşılır ki, həmin qapalı toplantıda əldə olunmuş anlaşmalar hələlik aktualdır.

Bəzi məlumatlara görə, rəsmi İrəvan “məkrli üçlük”dən Ermənistanın Azərbaycana qarşı “qısamüddətli savaşda kiçik miqyaslı uğur”un qazanmasına təminat verilməsini istəyir. Paşinyan hakimiyyəti bununla sülh masasında Ermənistanın əlini gücləndirə biləcəyinə böyük ümidlər bəsləyir. Halbuki, NATO-dakı qapalı toplantıda Ermənistanın Azərbaycanla hərbi qarşıdurmada üstünlük qazanma şansına şübhə edildiyi də Armen Qriqoryanın diqqətinə çatdırılmışdı. Və həmin vaxtdan ötən müddət ərzində Ermənistanın sürətlə silahlandırılması nəticəsində Qərbdə situasiyanın dəyişdiyinə inam yaratmış ola biləcəyi də qətiyyən istisna deyil.

Ancaq burada bir önəmli məqam da mövcuddur. Belə ki, “məkrli üçlük” üçün əslində, Ermənistanın “hərbi qələbəsi” ümumiyyətlə, elə bir ciddi əhəmiyyət daşımır. Əksinə, Ermənistanın növbəti savaşda daha ağır hərbi zərbələr alması “məkrli üçlük” üçün daha sərfəlidir. Çünki bu halda, ABŞ, Avropa Birliyi və Fransa qarşıya qoyulan iki önəmli hədəfinə çatmaq şansı qazana bilər. Birincisi, sarsıdıcı zərbələrə məruz qalacağı təqdirdə, “məkrli üçlük” məğlub Ermənistanı müdafiə etmək bəhanəsi ilə onun ərazisində hərbi kontingent yerləşdirmək niyyətini reallaşdırmağı planlaşdırır. Və bu, “məkrli üçlük” üçün indi önəmli regional hədəf sayılır.

Digər hədəfə gəldikdəsə, “məkrli üçlük” növbəti regional münaqişədən yeni “Minsk Qrupu planı” üçün yararlanmaq niyyətindədir. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Minsk Qrupunun buraxılmasını tələb edir. Hazırda bu qurum və onun həmsədrləri Cənubi Qafqazdakı geoploitik proseslərdə oyundankənar vəziyyətə salınıb. Bu situasiyanı yenidən öz xeyrinə çevirməyə can atan ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı Azərbaycanla növbəti müharibəyə təhrik etməklə, daha fərqli formatda “Minsk Qrupu”nun analoqunu yarada biləcəklərinə ümid bəsləyirlər. Və buna nail olunarsa, “məkrli üçlük” yenidən Cənubi Qafqazda yalnız hərbi deyil, həm də geosiyasi təsir mexanizmi qazana bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri