Icma.az
close
up
RU
Aşotyanın “Minsk qrupu” xülyası

Aşotyanın “Minsk qrupu” xülyası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Serj Sarkisyanın silahdaşı keçmişin üz qaralığından əl çəkə bilmir
Ermənistan ictimai-siyasi çevrələrində ATƏT-in Minsk qrupuna dair illüziyalardan tam qurtuluş hələ də baş verməyib. Bu formatın 2020-ci ildə ömrünü başa vurmasına baxmayaraq, bəzi erməni siyasətçilər onun yenidən “dirildilməsi” fikrindən əl çəkmirlər. Onlar hesab edirlər ki, Minsk qrupu vasitəsilə danışıqlar prosesini əvvəlki relslərə qaytarmaq mümkündür. Bu yanaşma, əslində, regional reallıqlardan və geopolitik dəyişikliklərdən xəbərsiz düşüncə tərzinin məhsuludur.

Hayastan daxilində bəzi qüvvələr Minsk qrupunun “xortlamasında” maraqlı olmaqla, həm sülh gündəliyinə, həm də Cənubi Qafqazda yaranan yeni balanslara kölgə salmağa çalışırlar. Belələrindən biri də Ermənistan Respublika Partiyasının sədr müavini, özünü siyasi məhbus adlandıran Armen Aşotyandır. Onun Rusiya xarici işlər naziri Sergey Lavrovun Helsinki Yekun Aktının imzalanmasının və ATƏT-in yaradılmasının 50 illiyinə həsr olunmuş məqaləsinə dair yazdığı fikirlər bundan xəbər verir.

Qeyd edək ki, Rusiyanın baş diplomatının haqqında bəhs edilən “Helsinki aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” sərlövhəli məqaləsi avqustun 1-də “Rossiyskaya qazeta”da dərc olunub. S.Lavrov məqalədə ATƏT-in Minsk qrupunun keçmiş münaqişə tərəfləri arasında dialoqa şərait yarada bilmədiyini etiraf edib: “ATƏT Dağlıq Qarabağda da uğursuzluğa düçar oldu. Minsk qrupu münaqişə tərəfləri arasında dialoqa şərait yarada bilmədi və onun Qərb iştirakçıları Rusiya ilə əməkdaşlıqdan imtina etdikdən sonra bu, tamamilə mənasını itirdi”.

A.Aşotyan bildirib ki, Lavrovun “proqram xarakterli” məqaləsi ilə bağlı qeydləri təşkilatın fəaliyyətinin ümumi qiymətləndirilməsindən daha çox keçmiş Qarabağ münaqişəsinin həlli kontekstində Minsk qrupunun təmsil etdiyi ATƏT-in regional ölçüsünə aiddir. Aşotyan deyib ki, onun qiymətləndirməsi zahirən təmkinli görünməsinə baxmayaraq, məyusluqdan başqa bir şey kimi qəbul edilə bilməz: “Lavrovun məqaləsində əksini tapan məqamlar ikili standartların nümunəsi, “əlləri yumaq” və məsuliyyəti boynundan atmaq cəhdidir”. Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyətini səmərəsizlik kimi qiymətləndirən, ATƏT-in Qarabağda da uğursuzluğa düçar olduğunu, qrupun münaqişə tərəfləri arasında dialoqa şərait yarada bilmədiyini vurğulayan Lavrov əvvəlki bənddə Dnestryanı münaqişənin həll olunmamış xarakterinə baxmayaraq, bu cür qəti bəyanatlardan yayınır, “5+2” formatında həll variantının seçilməsindən təəssüflənir”.

S.Lavrovun sərhədlərin toxunulmazlığı prinsipinə dəfələrlə istinad etməsi A.Aşotyanı lap özündən çıxarıb: “Bu prinsipə dəfələrlə istinadlar xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında nümayişkaranə sükutla müşayiət olunur. Xatırladım ki, xalqların öz müqəddəratını təyinetmə hüququ həmin Helsinki Yekun Aktında təsbit olunmuş on prinsipdən biridir. Xüsusilə də Rusiya rəsmilərinin, o cümlədən nazir Lavrovun Ukrayna münaqişəsi kontekstində öz müqəddəratını təyinetmə prinsipinə tez-tez istinad etdiyini nəzərə alsaq, belə birtərəfli şərh çaşdırıcıdır. Xatırladım ki, Qarabağ münaqişəsinin həllinin ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış fundamental elementləri digər iki prinsiplə yanaşı, məhz bu prinsip üzərində qurulmuşdu”.

A.Aşotyanın fikrincə, Minsk qrupu səmərəsiz idisə, xatırlatmaq lazımdır ki, bu doqquz dövlətli struktur öz əsas funksiyalarını üç həmsədr dövlətə həvalə etmişdi. Onların arasında Rusiya Federasiyası aparıcı rol oynayıb. Üstəlik, nazir özü də münaqişənin ədalətli həlli üçün dəfələrlə çoxtərəfli və ikitərəfli görüşlərdə iştirak edib.

Erməni siyasətçi həyasızcasına iddia edib ki, Minsk qrupunun təkliflərinin bir çoxunun “Azərbaycanın destruktiv mövqeyi” (?) nəticəsində iflasa uğradığı heç kəsə sirr deyil. Guya, buna cavab olaraq həmsədrlər, o cümlədən Rusiya Bakını açıq şəkildə tənqid etməkdən və ya təsirli təzyiq göstərməkdən çəkiniblər, bu isə münaqişənin uzanmasına, qrupun nüfuzuna xələl gəlməsinə və Azərbaycanın mövqeyinin güclənməsinə səbəb olub. Sonra isə Aşotyan “səmimiyyətdən” dəm vurub: “Səmimi etiraf etmək lazımdır ki, 2020-ci il 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra regionda sülhün qorunması üzrə əsas təşəbbüs Rusiya Federasiyasına keçib. Bəli, Minsk qrupu de-yure “xüsusi hərbi əməliyyat” (Rusiya–Ukrayna müharibəsi nəzərdə tutulur–S.H.) başlayana qədər fəaliyyətini davam etdirdi, bu, onun ictimai bəyanatları ilə də təsdiqlənir, amma praktikada – siyasi, humanitar və hərbi aspektlərdə regionun taleyi, əslində, Moskvanın əlində idi. Bu öhdəliklər ləğv edilməyib”.

Eyni zamanda, Aşotyan bildirib ki, münaqişənin həll edilmiş kimi tanınması Bakının versiyasını qəbul etmək, “beynəlxalq hüququn pozulmasını və etnik təmizləmə faktını” (?) legitimləşdirmək deməkdir: “Rusiyanın Ermənistan rəhbərliyinə qarşı əvvəllər səsləndirdiyi tənqidi fikirlərə tam şərik olsam da, Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra belə beynəlxalq strukturların və Minsk qrupunun “deportasiya olunmuş” (?) ermənilərin taleyi, onların geri qayıtmaq hüququ, mədəni irsinin qorunması və gələcək təhlükəsizliyi üçün məsuliyyətdən azad edilməməsi faktını nəzərdən qaçıra bilmərəm. Təəssüf ki, nə bu məqalə, nə də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin digər publik bəyanatları həm beynəlxalq institutlara, həm də Rusiya sülhməramlı missiyasına güvənən çarəsiz təbəqənin hüquqlarını müdafiə etmək istəyini göstərmir”.

***

Təbii ki, Aşotyanın fikirləri, əslində, keçmişdə qalmış formata ümid bəsləyən, reallıqdan uzaq və məqsədyönlü şəkildə təhrif edilmiş siyasi mövqenin bariz nümunəsidir. Onun Minsk qrupunun səmərəsiz olduğunu qəbul etmək istəməməsi, bu formatın iflasının məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışması və hətta Rusiya kimi keçmiş həmsədr dövləti dolayısı ilə fəaliyyətsizlikdə ittiham etməsi açıq-aşkar qeyri-ciddilikdir. Ermənistanın illərlə sülh prosesindən yayınmaq üçün Minsk qrupunun imkanlarından və mandatından sui-istifadə etməsi bu qurumun nəticə verə bilməyən bir struktur halına gəlməsinin başlıca səbəblərindən biridir. Lavrovun da etiraf etdiyi kimi, bu format dialoqa şərait yarada bilmədi, əksinə, siyasi status-kvonu qorumağa xidmət edən vasitəyə çevrildi.

Onun irəli sürdüyü ittihamlar, xüsusilə “ikili standartlar”, “məsuliyyəti boynundan atmaq” və “tərəfkeşlik” kimi məfhumlar, əslində, Aşotyanın özünün siyasi keçmişinə və Ermənistanın uzun illər regionda yürütdüyü destruktiv siyasətə daha çox yaraşır. Çünki məhz Ermənistan hakimiyyətləri, o cümlədən Aşotyanın təmsil olunduğu Respublika Partiyası (bu siyasi partiyanın rəhbəri ölkənin sabiq prezidenti Serj Sarkisyandır–S.H.) illərlə danışıqları imitasiya edib, status-kvonun saxlanmasına xidmət edən mövqe tutaraq sülhə real imkan tanımayıb. İndi isə həmin şəxslər, sanki, heç bir məsuliyyət daşımayıblarmış kimi, başqalarını ittiham etməyə çalışırlar. Bu, nəinki siyasi ikiüzlülük, həm də tarixə və beynəlxalq ictimaiyyətə qarşı sayğısız münasibətin təzahürüdür.

Gerçəklik isə odur ki, Lavrovun mövqeyi Minsk qrupunun bitmiş bir mərhələnin elementi olduğunu təsdiqləyir, Aşotyan isə hələ də özünü o dövrün illüziyalarında tapmağa çalışır. Lakin bu yanaşma nə Ermənistanın regionda mövqelərini gücləndirə, nə də sülh prosesinə real töhfə verə bilər. Özünü siyasi məhbus adlandıran, lakin hər çıxışında revanşizm və ictimai rəyi aldatma yolunu tutan bir fiqurun Moskvanın siyasətinə qarşı səsləndirdiyi iddialar əslində Kremlin Cənubi Qafqazla bağlı dəyişən prioritetlərinə qarşı əngəl yaratmaq cəhdidir. Halbuki Ermənistan rəhbərliyi də daxil olmaqla, regional oyunçular çox yaxşı bilirlər ki, Minsk qrupunun missiyası artıq tarixin zibilliyinə gedib.

Onun xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirləri həm hüquqi, həm siyasi baxımdan yanlış interpretasiyanın göstəricisidir. Helsinki Yekun Aktında bu prinsip ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri ilə birgə təqdim olunur və heç biri digərindən üstün tutulmur. Aşotyan isə bu tarazlığı pozmağa çalışaraq, Qarabağda separatçılığı leqallaşdırmağa xidmət edən köhnəlmiş arqumentləri gündəmə gətirir. Belə bir ritorika təkcə beynəlxalq hüquqa deyil, eyni zamanda, Ermənistanın 2020-ci ildən sonra dəyişən mövqeyinə, eləcə də Paşinyanın verdiyi sülh mesajlarına da ziddir. Onun fikirlərindən aydın görünür ki, əsas məqsəd vəziyyəti yenidən qeyri-müəyyənlik bataqlığına sürükləmək, köhnə münaqişə alətlərini gündəmdə saxlamaq və bundan siyasi dividendlər qazanmaqdır.

Aşotyanın ritorikası bir tərəfdən sülh prosesinə zərbə vurur, digər tərəfdən isə Ermənistan daxilindəki revanşist dairələri təhrik edir. Əslində, bu cür çıxışlar hayların öz gələcəkləri üçün ən böyük təhlükə mənbəyidir. Çünki Armen kimilər keçmişin iflasa uğramış layihələrini canlandırmağa çalışdıqca, Ermənistan Cənubi Qafqazın yeni reallıqları ilə barışmaq imkanını daha da itirir.

Ramiyə MƏMMƏDOVA,
politoloq

– ATƏT-in Minsk qrupu artıq keçmişdə qalmış, real siyasi çəkisini və funksional imkanlarını itirmiş bir formatdır. Bu gün regionda sülh və sabitlik çağırışları konkret addımlar və yeni geosiyasi reallıqlar əsasında formalaşır. İllərlə nəticəsiz qalan vasitəçilik prosesi, əslində, münaqişənin uzanmasına səbəb olub, sülh perspektivlərini ləngidib. Regionda baş verən son proseslər bir daha göstərdi ki, sülh təşəbbüsləri yalnız qarşılıqlı anlaşma və açıq dialoqla irəliləyə bilər. Belə bir məqamda köhnə formatları diriltmək cəhdləri, əslində, prosesə deyil, keçmişə xidmət edir. Bu cəhdlərin arxasında dayananlardan biri də Armen Aşotyan kimi fiqurlardır. Onun Lavrovun məqaləsinə münasibəti, əslində, köhnə siyasi düşüncənin indiki reallıqlara uyğunlaşa bilmədiyini göstərir. Aşotyanın ritorikası mövcud regional düzəni qəbul etməyən bir zehniyyətin məhsuludur və bu yanaşma nə Ermənistanın, nə də regionun gələcəyi üçün faydalıdır. Aşotyan kimilər günahkar axtarmaqla deyil, üzərlərinə düşən məsuliyyəti dərk etməklə məşğul olmalıdırlar.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri