Qərb hərəkətə keçirmi? Ukraynaya qoşun məsələsi masada
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) və NATO ölkələri “istəklilərin koalisiyası” formatında “monitorinq missiyası” üçün Ukraynaya qoşun yeritmək zərurətini öyrənirlər.
Bu barədə NATO-nun mənzil-qərargahında “istəklilər koalisiyası”na daxil olan ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələn Aİ-nin baş diplomatı Kaja Kallas bildirib.
O qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr davam edir və bir sıra ölkələr hərbi missiyada iştirak etməyə hazırdır, digərləri isə bundan imtina edir.
“Potensial olaraq, bu, sadəcə olaraq, monitorinq missiyası ola bilər: “Demək istədiyim odur ki, [indi] bunun monitorinq missiyası, çəkindirmə missiyası, sülhməramlı missiya, gücləndirmə missiyası və ya müdafiə missiyası olacağı ilə bağlı müzakirələr gedir, müxtəlif variantlar var”,-deyə Kallas bildirib.
Mövsüm
Aznews.az


