Icma.az
close
up
RU
“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş “Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcəkdir.

Aksiya talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.

Saat 09:00-dan 19:00-a qədər davam edəcək aksiyaya könüllü donorlar da qoşula bilər.

Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər.  

Dövlət Komitəsi qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır.

Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra aksiyada iştirak edə biləcəklər.

Qan donoru ola bilməyən şəxslər:

Yaş və çəki meyarına uymayanlar:

Adətən 18–65 yaş arası şəxslər donor ola bilər 

Minimum 50 kq çəki tələb olunur.

Xroniki və ya yoluxucu xəstəlikləri olanlar:

Hepatit B və C, HIV/AIDS, sifilis və digər qanla keçən xəstəliklər.

Aktiv vərəm (tuberkulyoz).

Xərçəng xəstələri (bəzi hallarda keçmişdə sağalmış olsa belə).

Epilepsiya, şəkərli diabet (xüsusilə insulinlə müalicə olunursa).

Yaxın zamanda keçirilmiş tibbi prosedurlar:

Cərrahi əməliyyatlar (böyük əməliyyatlardan sonra 6–12 ay gözləmə tələb olunur).

Diş müalicəsi (məsələn, diş çəkilməsi zamanı 1 həftə gözləmək tövsiyə olunur).

Peyvəndlərdən sonra müəyyən müddət gözləmək lazımdır (canlı viruslu peyvəndlərdə 2–4 həftə kimi).

Hamilə və ya yeni doğum etmiş qadınlar:

Hamiləlik dövründə və doğuşdan sonra ən az 6 ay qan vermək olmaz.

Qan təzyiqi və ürək problemləri olanlar:

Yüksək və ya çox aşağı təzyiqi olanlar.

Ürək xəstəlikləri ilə diaqnoz qoyulmuş şəxslər.

Spirtli içki və narkotik maddə istifadəsi:

Qan vermədən əvvəlki 24 saatda spirtli içki qəbul etmiş şəxslər.

Narkotik maddə istifadə edənlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri