TÜRKPA nın komitə sədrləri Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv parlamentlərin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarətçilər ümummilli liderin xatirəsini ehtiramla anıb, məzarı üzərinə tər güllər düzüblər.
"Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu" mövzusunda keçiriləcək iclasda iştirak etmək üçün Bakıya gələn nümayəndə heyəti daha sonra Zəfər parkını da ziyarət ediblər.
Ziyarətçilər Zəfər abidəsinin önünə tər gül dəstələri qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini dərin ehtiramla anıblar.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Baxış sayı:65
Bu xəbər 15 Aprel 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















