Icma.az
close
up
RU
Qərb İsrailə qarşı: Kampaniya atəşkəsə səbəb ola bilərmi?

Qərb İsrailə qarşı: Kampaniya atəşkəsə səbəb ola bilərmi?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bir neçə gün öncə İngiltərə, Fransa və Kanada İsrailə qarşı çağırışla bağlı bəyanat hazırlayıb. Bir çox Avropa ölkəsinin də qatıldığı birgə bəyanatda İsraildən Qəzzaya hücumlarını dərhal dayandırması və humanitar yardıma icazə verməsi istənilib.

Bəyanatda həmçinin məhbusların azadlığa buraxılması istənilib və İsrail hökumətinin Qəzzada mülki şəxslərə humanitar yardım göstərməsinə mane olmasının beynəlxalq humanitar hüququn pozulması riski olduğu bildirilib. Bəyanatı Avstraliya, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Litva, Latviya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyanın xarici işlər nazirləri, ilə Avropa İttifaqının Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Nazirliyi, Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Hazırlıq, Böhranların İdarə Edilməsi və Bərabərlik üzrə Komissarı və Aİ-nin Aralıq dənizi üzrə komissarı imzalayıb.

İsrailə qarşı başladılan bu kampaniya atəşkəsə səbəb ola bilərmi?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İsrail Qəzza bölgəsini tamamilə işğal etmək niyyətindədir. Lakin Qəzza əhalisindən kifayət qədər insan öldürsə də, hamısını öldürməsi mümkündür:

"Ona görə də İsrail Qəzzanı yaşanmaz hala salmaq istəyir. Bu kontekstdə hazırda Qəzzada insanlar su, qida və digər çatışmazlıqlardan əziyyət çəkirlər. Hətta başqa ölkələrdən gələn humanitar yardımların qarşısı kəsilir. Artıq insanlar Qəzzadan köçməyə məcbur olublar. İsrail düşünür ki, Qəzza boşalandan sonra yaşayış məskənləri salaraq həmin əraziləri mənimsəyə bilər".

Turab Rzayev: İsrail Qəzzanı yaşanmaz hala salmaq istəyir

T.Rzayev hesab edir ki, İsrailin planı isə əks təsir göstərir. Dünya ölkələri getdikcə İsraili daha çox günahlandırır. Hətta Avropa İttifaqı açıq şəkildə İsraili dayandırmağa çağırır.

"Fransa hakimiyyəti İsrailin atdığı addımları "utanc" adlandırıb, İspaniya artıq İsraillə iqtisadi əlaqələri dayandırıb. Bundan başqa, Kanada və Böyük Britaniyada İsrail əleyhinə çağırışlar edilir. Sonuncu olaraq, Pentaqon rəhbərliyi İsrailə səfərini ləğv edib. Bu, ABŞ-nin də İsrailin müharibəni dayandırmasını istədiyini göstərir. Fikrimcə, dünya ictimaiyyətinin İsrailə təzyiqləri bundan sonra daha çox artacaq. Çünki İsrail milyonlarla insnın ölməsinə və ya sürgün edilməsinə səbəb olur və dünya ölkələri artıq buna göz yummaq istəmirlər", - deyə Turab Rzayev qeyd edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri