Icma.az
close
up
RU
Qərb Rusiyanı NATO məsələsində necə aldatdı? ANALİZ

Qərb Rusiyanı NATO məsələsində necə aldatdı? ANALİZ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Bill Klinton 1994-cü ildə Rusiyanın NATO-ya qəbul edilməsi barədə ciddi düşünürdü və bu məsələni rusiyalı həmkarı Boris Yeltsinlə müzakirə etmişdi.

Bu barədə “Der Spiegel” nəşri ilk dəfə dərc edilən sənədlərə istinadən yazıb.

Jurnal 1994-cü ilə aid məxfi sənədləri - Almaniya Kansleri Helmut Kolun ABŞ liderinə məktublarını, alman diplomatlarının Moskva və Vaşinqtondakı hesabatlarını və Almaniya xarici işlər naziri Klaus Kinkelin rəsmi sənədlərini təhlil edib.

Həmin vaxt Rusiyanın NATO-ya üzvlüyü ideyasına qarşı Avropa ölkələrinin, xüsusilə Almaniyanın çıxış etdiyi bildirilir.

Nəşr yazır ki, Almaniyanın o zamankı müdafiə naziri Folker Rüe Rusiyanın alyansa qoşulmasının təşkilatın sonunu gətirəcəyi qənaətində olub.

Buna baxmayaraq, ABŞ və Rusiya arasında bu mövzu üzrə dialoq davam etmiş, Klinton dövründə Moskva ilə NATO münasibətlərində müəyyən şəkildə əməkdaşlıq imkanları araşdırılmışdı. Analitiklər hesab edir ki, əgər o dövrdə Rusiya NATO-ya qəbul olunsaydı, Alyansın strukturu və Qərb-Rusiya münasibətləri köklü şəkildə dəyişə bilərdi. Tarixi sənədlər həmçinin göstərir ki, Moskva və Vaşinqton arasında həmin müzakirələr zamanı tərəflər bir-birinə qarşılıqlı güzəştlər etməyə hazır idilər, lakin Avropadakı etirazlar və Alyansın daxili narahatlıqları nəticəsində bu fikir reallaşmadı. Nəticədə, NATO-nun genişlənməsi prosesi planlaşdırıldığı kimi yalnız postsovet ölkələri və Şərqi Avropa dövlətlərini əhatə etdi.


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, bu meyil 1994-cü ildə Rusiyanın ilk prezidenti Boris Yeltsinlə, 1999-cu ilin sentyabrında isə Rusiya prezidenti Vladimir Putin və Klinton arasında Yeni Zelandiyada keçirilən görüşdə Rusiya Federasiyasının NATO blokuna mümkün daxil olmasını müzakirə etdikləri zaman olub:


"Belə ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Rusiya Qərb dövlətləri ilə yaxınlaşma və hətta ola bilsin ki, NATO-ya daxil olacağını gözləyirdi. Lakin Yuqoslaviyadakı hadisələr ABŞ və Rusiyaya ortaq dil tapmağa imkan verməyib. Aktuallıq qazanan məsələ Rusiya Prezidenti Vladimir Putinin Fox News-un keçmiş aparıcısı Taker Karlson tərəfindən sorğulanaraq iki saat vaxt sərf edilən və bütün dünyanın diqqətlə izlədiyi məşhur müsahibəsində də yenidən gündəmə gəlmişdi. “Tok-şou və ya ciddi söhbətimiz var?” məşhur sitatı ilə başlayan müsahibə aylarla Qərb mediasının manşetlərindən düşmədisə, siyasi kluarların da əsas müzakirə mövzusu oldu. Olduqca maraqlı olan müsahibə Rusiya-Ukrayna savaşı adı altında gedən oyunun ikinci ildönümü ərəfəsində və ABŞ siyasətçilərinin Ukraynaya hərbi maliyyələşdirməni bərpa etməyə çalışdığı bir vaxtda baş tutmuşdu. Burada Putin Rusiya dövlətinin mərkəzləşdirilmiş dövlət kimi 862-ci ildə mövcud olmağa başlamasından tutmuş bu günə qədər keçilən yolu sözün bütün mənalarında izah etməyə çalışırdı. Müsahibədə Putin açıqladı ki, nə vaxtsa ABŞ-ın keçmiş prezidenti Bill Klinton ona Rusiyanın hərbi alyans, NATO-ya qəbul olunmaq imkanının olacağını deyib. Əvvəl razılıq verən Klinton sonra komandası ilə danışdıqdan sonra bunun mümkün olmayacağını bildirib. Şübhəsiz ki, “komanda” ilə formalaşdırılan söz sadəcə Klinton administrasiyasına daxil olan şəxslər deyil, kollektiv Qərb düşüncəsi deməkdir. Daha maraqlısı isə onun "hə" demə qarşılığında Rusiyanın NATO-ya qoşulub-qoşulmamasına Putinin cavabıdır. Putin də buna birmənalı "hə" demədi. Sadəcə yaxınlaşma prosesinin başlaya biləcəyi ehtimalı üzərindən dəyərləndirmə edərək qarşı tərəfdən hansısa səmimi arzunun görülməsi müqabilində bunun baş verə biləcəyini dedi. Nəticə isə onunla hasil oldu ki, ilk əvvəl bu, Qərb tərəfindən baş verməyib. Çünki Qərb burada Rusiyanı həm də onunla bağlı aldadıb ki, NATO-nun Şərqə doğru genişlənməyəcəyinə dair Rusiyaya söz verilib. Sonra isə bunun kağız üzərində qeyd olunmadığını əsas gətirərək beş genişlənmə dalğası üzrə genişlənməni davam etdirib".



Analitik qeyd edib ki, bütövlükdə Putin administrasiyasının baxışı budur ki, Qərb hökumətləri 1990-cı ildə Almaniyanın birləşmə diplomatiyası zamanı Moskvaya NATO-nun heç vaxt bu ölkədən kənara çıxaraq Mərkəzi və Şərqi Avropaya, hətta Sovet məkanına genişlənməyəcəyinə dair öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır:

"Rusiya xarici işlər naziri Sergey Lavrov da eyni jurnalistə müsahibəsində məsələni belə əsaslandırmışdı ki, “Onlar istənilən ölkədə, regionda, qitədə dünya üzərində hegemonluğu saxlamaq üçün, biz qanuni təhlükəsizlik maraqlarımız üçün mübarizə aparırıq”. Almaniyanın “Der Spiegel” jurnalı 1994-cü ilin məxfi sənədlərini təhlil edərkən onu da bildirir ki, nəşrin sərəncamında Almaniya kansleri Helmut Kolun Klintona məktubları, Moskva və Vaşinqtondakı alman diplomatlarının hesabatları, habelə xarici işlər naziri Klaus Kinkel üçün hazırlanmış memorandumlar var. Rusiyanın NATO-ya üzvlüyü məsələsinə gəldikdə Almaniyanın müdafiə naziri Volker Rühe daha sonra bəyan edirdi ki, Moskvanın alyansa qəbulu onun üçün “ölüm şəhadətnaməsi” olacaq. Alman rəsmiləri Rusiyanın NATO-da olması ilə təşkilatın barışmaz daxili fikir ayrılıqları ilə üzləşəcəyindən, fəaliyyət azadlığını itirəcəyindən və “Rusiyanın qeyri-sabitliyinə qarşı sığorta” rolunu itirəcəyindən ehtiyat edirdi. Sənədlərdə Moskvanın alyansa qoşulacağı təqdirdə Qərb hərbçilərinin Rusiyanı Uzaq Şərq sərhədlərində, o cümlədən Çin və Monqolustan sərhədlərində müdafiə etməli olacağı ilə bağlı narahatlıqlar da qeyd olunub. Bunlar arxivdir, ehtimal və proqnozlar isə gələcəyə müxtəlif baxış".


Şəbnəm Həsənova vurğulayıb ki, indiki məqamda isə bir an öncə Ukraynada qan dayanmalıdır:

"Sonra başqa ehtimallar üzərindən dəyərləndirilmə edilə bilər. Putin keçmişə boylanaraq uğurla taclanan bu danışıqların uğurlu nümunələrinin çox olduğunu, bunun da uğur qazanacağını, lakin razılığa gəlinməli olduğunu bildirmişdi. Rusiya-Qərb müharibəsi, konflikti və müxtəlif adlar qoya biləcəyimiz qarşıdurma da dayandırıla bilər. Bu məsələ isə xüsusi xidmət kanalları vasitəsilə müəyyən şərtlərin müzakirə olunmasından sonra real olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri