Qərb Ukraynanın cəbhə xəttini saxlamaqda çətinlik çəkəcəyi proqnozlaşdırılır
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Ukrayna şəxsi heyət çatışmazlığı və ABŞ-nin əvvəlcədən verdiyi artilleriya təchizatının tükənməsi səbəbindən cəbhə xəttini saxlamaqda çətinlik çəkəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu barədə Vyana müdafiə analitiki Frans-Stefan Gady bildirib.
Təhlilçiyə görə, Kiyevə ötürülən artilleriya ehtiyatları yaxın aylarda tükənəcək və Avropa ölkələri ABŞ-nin yardımını əvəzləyə bilməyəcək.
“Mən heç bir kəskin dəyişiklik və ya cəbhə xəttinin dağılmasını gözləmirəm, lakin ümumilikdə tendensiyalar Ukrayna üçün müsbət deyil. Müəyyən bir məqamda pilotsuz təyyarələrin zərbələri piyadaların çatışmazlığını əvəz edə bilməyəcək”, – Gady bildirib.
Ekspert qeyd edib ki, silah çatışmazlığı səbəbindən Ukrayna atışmaların intensivliyini azaltmağa məcbur olacaq. Bu isə cəbhədə insan qıtlığı problemini daha da dərinləşdirəcək. Onun sözlərinə görə, hətta pilotsuz təyyarələrin istehsalının artırılması da vəziyyəti yaxşılaşdırmayacaq.
Xatırladaq ki, daha əvvəl hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk bəyan etmişdi ki, ABŞ-nin hərbi yardımını dayandırması Kiyev üçün kritik olacaq. Bu, ağır silah sistemlərinin, artilleriya və zirehli texnikanın böyük əksəriyyətinin ABŞ-də istehsal olunması ilə bağlıdır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















