Icma.az
close
up
RU
Bu dəqiqə komandanı saxlamaqda çətinlik çəkirəm Qurban Qurbanov

Bu dəqiqə komandanı saxlamaqda çətinlik çəkirəm Qurban Qurbanov

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Misli premyer-liqasının 16-cı turunda “Qarabağ” “Qəbələ”ni səfərdə məğlub etdi - 2:1. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov media önünə çıxıb.
- Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Zədəsiz bitirdik, şükürlər olsun. Mikrozədələr var. Oyundan çox futbolçuları düşünürdüm. 3 xal tam yerinə düşdü. “Qəbələ”yə uğurlar arzulayıram. Bütün oyunlarda yaxşı mübarizə aparırlar. Daha çoxuna layiqdilər. Kaxaberin planları həmişə mənə maraqlı olur. Azarkeşlərə təşəkkür edirəm. Yaxşı atmosfer var idi. Sizlərə təşəkkür edirəm ki, bu il yanımızda olduz.
- Duran tez-tez sürüşürdü. Meydançanın vəziyyətinə görə idi, yoxsa butsunda problem var idi?
- Tək Duran yox, çox futbolçu sürüşürdü (gülür). Amma Duran daha çox. Sonradan meydana daxil olanda hazırlıq istənilən səviyyədə olmur. Hava da təsir etdi.
- 2025-i necə dəyərləndirirsiz?
- Çox yaxşı. Narazılıqlar da oldu. Kollektivin içindəyəm. Nələr oldu bilirəm. Elə mövqedəyik ki, hamı bizdən razı olmalıdı. Çox sıx il keçdi. ÇL-in çəkisi daha yuxarıdı. Daha çox güc sərf etdik. Təzyiqə futbolçularım dözdüsə, ayaqüstə qala bildilərsə, çox razıyam. ÇL-də qələbələrimiz əks-səda doğurdu.
- “Futbol+”in “ilin futbolçusu” sorğusunda namizədlər arasında “Qarabağ”ın dörd futbolçusu var. Siz kimə səs verəcəksiz?
- (xeyli düşünür). Düşünməmişəm. Elədi ki, hamısından çox razı da qalmışam, narazı da. Bəhlul daha sabit oldu. Toral Elvindən bir qədər az oynadı. Nəriman da yaxşı başladı. Zədədən sonra bir az formadan düşdü.
- Juninyo yeni komandası ilə müqavilə imzaladı. Bu haqda nə düşünürsüz? Siz də danışıqlar aparırdız?
- Qaytarmaq real görünmürdü. Ciddi danışıq olmadı. Mən “Sevilya”ya getməsinin tərəfdarıydım. Məncə, orda daha rahat oynaya bilərdi. Daha yaxşı futbolçu ola bilərdi. Amma seçimi bu idi.
- Bikalyonun adı “Botafoqo” ilə hallanır…
- Nə olur-olsun, bu, “Qarabağ”dı, uşaq baxçası deyil. Gələn təkliflər ciddi olmalıdı. Futbolçuların fikrini yayındırırlar. Ağıllarına gələn tərzdə danışırlar. Futbolda küçə danışığı olmalı deyil.
- Menecerləri nəzərdə tutursuz?
- Həm menecer, həm rəhbərlər. Futbolçuların da “başı gedir”. Pulsuz, 3 manat, 5 manat təklif… Pul bunların - istənilən insanın gözünü örtür. O qədər lazımsız, keyfiyyətsiz təkliflər olur. Futbolçular tələsir, fikrini futbola cəmləyə bilmir. Yaxşı kollektiv üçün gərək avrokubok oynamayaq. Ancaq Azərbaycanda oynayaq. Bu dəqiqə komandanı saxlamaqda çətinlik çəkirəm.
- Yankoviç də təklif alıb?
- 90 faizinə təklif gəlib. Yaponiyadan, Dubaydan zəng gəlir. Qeyri-ciddi şəkildə danışırlar.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see237

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see189

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see128

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see127

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri