Icma.az
close
up
RU
ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verir AÇIQLAMA

ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verir AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüş zamanı Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib. Tramp isə bu görüşdən sonra üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb.

Keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında bir razılaşma əldə olunacaqmı?

Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, Zelenskinin sözlərinə görə, bu görüş çox əhəmiyyətli, mənalı və dəyərli olub.

"O, bildirib ki, indiyə qədər Trampla keçirdiyi görüşlər arasında ən yaxşısı məhz bu görüşdür. Görüş zamanı Zelenski Trampı müəyyən məsələlərdə razı sala bilib. Təbii ki, Zelenski çıxışında ərazi mübadiləsinə də açıq olduğunu bildirdi. Hər iki tərəf, həm Rusiya, həm Ukrayna, danışıqlar zamanı güzəştə getməlidir, çünki güzəşt edilməzsə, sülh əldə olunmaz.

Artıq görünür ki, həm Rusiya, həm Ukrayna müharibədən yorulub, resursları tükənmək üzrədir və müharibəni dayandırmaq hər iki tərəf üçün vacibdir. Zelenski əvvəllər bildirirdi ki, heç bir ərazi mübadiləsi etməyəcək, çünki buna imkan yoxdur və konstitusiya buna icazə vermir. Lakin görüşdən sonra o açıqladı ki, ərazi mübadiləsi mümkündür və bu da qaçılmazdır".

Politoloq əlavə etdi ki, görüş ona görə əhəmiyyətlidir ki, Avropa İttifaqının liderləri və NATO-nun baş katibi də iştirak etdi və ümumi razılığa gəldilər.

"Əsas məsələ burada Ukraynanın təhlükəsizliyinin təmin olunmasıdır. Tramp bildirdi ki, ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verir, Avropa İttifaqı da bu təminatı versin. Bu, indiyə qədər səslənməmiş bir açıqlamadır. Görüş sülhə doğru atılan növbəti addım hesab olunur.

Qarşıdakı günlərdə keçiriləcək üçtərəfli görüş, yəni Trampın iştirakı ilə Putin və Zelenski arasında sülh danışıqları çox önəmlidir. Bu görüşdə Trampın dəstəyi ilə müəyyən razılıqlar əldə olunacaq və Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunacaq. Təbii ki, bütün detallar bir görüşdə həll edilə bilməz. Məsələn, Avropa İttifaqı müharibə dayanan kimi 50 minlik qoşunu təmas xəttinə yerləşdirməyi planlaşdırırdı, lakin Rusiya tərəfi NATO və Avropa qoşunlarının ora yerləşdirilməsinə qarşıdır. Detallar bu danışıqlarda müzakirə edilə bilər. 

Fransa Prezidenti Emmanuel Makron da dünənki danışıqlarda görüşün üçtərəfli yox, dördtərəfli olmasını təklif etdi, yəni Avropa İttifaqından bir nümayəndə də iştirak etməlidir".

Müsahibimizin fikrincə, bu, ciddi məsələ deyil və Putin buna razılıq verməyəcək.

"Danışıqlarda əsas məsələ Zelenski ilə Putinin görüşüdür və bu görüşü Tramp təşkil edir və özü iştirak edəcək. Ümumilikdə, avqust ayında bir sıra əhəmiyyətli görüşlər baş tutub: avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh paraflandı, 15-də Alyaskada Tramp ilə Putin görüşdü və bəzi məsələlər həll olundu, 18-də Zelenski və Avropa liderləri görüşdü və sülh müqaviləsi üçün müəyyən addımlar atıldı. Hesab edirəm ki, ay ərzində Tramp-Putin-Zelenski görüşü baş tutacaq və Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasına nail olunacaq", - deyə Elşad Həsənov vurğuladı.

Xədicə BAXIŞLI
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri