Icma.az
close
up
RU
Trampın mesajı Kremlə qorxunc reallığı çatdırdı: Qərbdə Rusiyanın sonu illərlə deyil, artıq aylarla hesablanır

Trampın mesajı Kremlə qorxunc reallığı çatdırdı: Qərbdə Rusiyanın sonu illərlə deyil, artıq aylarla hesablanır

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Qərbin "strateji səbr siyasəti" davam edərsə, Kreml yalnız döyüş meydanında məğlubiyyətlə deyil, həm də Rusiya daxili mövcud sistemin dayanıqlığının ərimə prosesi ilə də üzləşə bilər... Prezident Donald Trampın Moskva və Sankt-Peterburqun vurulmasına icazə mesajı Rusiyaya qarşı üzünmüddətli dağıdıcı prosesin ssenarisinin artıq hazır olduğunu göstərir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Rusiyanın siyasi-ictimai məkanında açıq-aşkar ciddi təşviş yaşanır. Əsas səbəb isə ABŞ prezidenti Donald Trampın cəmisi bir cümləsi ilə bağlıdır. Ağ Ev sahibi Ukrayna prezidenti Volodimir Zelenskiyə xitabən "Moskva və Sankt-Peterburq şəhərlərini vura bilərsiz" sualını dilə gətirmişdi. Ukrayna prezidenti isə cavabında "əgər, bizə bunun üçün uyğun silahlar versəniz, vurarıq" demişdi. Və indi bu dialoq Rusiya cəmiyyətində dərin xof yaradıb.

Onu da qeyd etmək lazımdır ki,ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə verdiyi “Moskvanı vura bilərsiz” sadəcə, təhdidkar ritorika deyildi. Hər halda, Kremlə yaxın siyasi dairələrdə, bu sual cümləsi real bir təhlükə ssenarisinin açıq xəbərdarlığı kimi qəbul olunur. Bu səbəbdən də, hazırda prezident Donald Trampın bu mesajı Rusiyada yaxınlaşan böyük təhlükələrin dolayısı anonsu hesab edilir. Və Rusiya siyasi dairələri artıq ABŞ-ın Ukraynaya yalnız müdafiə deyil, həm də dağıdıcı hücum potensialı qazandırmağa hazırlaşdığına qətiyyən şübhə etmirlər.

Maraqlıdır ki, Ağ Ev sahibinin təhdidkar mesajı Kremldə prezident Donald Trampın bütün “qırmızı cizgiləri” pozması kimi dəyərləndirilir. Kreml uzun müddətdir ki, Rusiya ərazisinin vurulmasını nüvə eskalasiyası riski ilə bağlayır. Ancaq Ağ Ev sahibinin sualı Rusiyanın nüvə təhdidlərinə artıq əhəmiyyət verilmədiyinə işarədir. Və Rusiya siyasi elitasının “yumşaq xətt tərəfdarı” kimi xarakterizə etdiyi prezident Donald Trampın belə dağıdıcı ssenarini ön plana çəkməsi Kremldə böyük çaşqınlıq da yaradıb.

Məsələ ondadır ki, Ağ Ev sahibinin təhdidkar mesajı reallaşdırılarsa, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanması ilə bağlı ssenarinin ön plana keçməsi qaçılmaz ola bilər. Halbuki, Kreml nə qədər aqressiv mövqeyə üstünlük versə də, əslində, Rusiyanın şərtləri daxilində savaşın ən qısa zamanda dayandırılmasında maraqlıdır. Çünki rus iqtisadi ekspertlər də etiraf edirlər ki, Rusiya iqtisadiyyatı Ukrayna savaşının yükünü uzun müddət çəkə bilməz.

Digər tərəfdən, Rusiyada texnoloji defisit dərinləşərək, ciddi böhran həddinə çatıb. Çünki Qərbin sanksiyaları yüksək texnoloji məhsulların idxal prosesini çökdürüb. Rusiyadan "beyin axını" və kapital qaçışı ölkənin innovasiya potensialını ciddi şəkildə zəiflədib.Ölkədə inflyasiya və rublun dəyərsizləşməsi daxili bazarda ciddi təzyiq yaradır. Çin və Hindistan Rusiya neftini çox ucuz qiymətə alır. Və Avropa bazarlarının itirilməsi isə uzunmüddətli xarakter daşıyır.

Ona görə də, iqtisadçı ekspertlərə görə, əgər, bütün bu tendensiyalar eynilə davam etsə, Rusiya iqtisadiyyatı 2026-2027-ci illərdən etibarən “görünməz tənəzzül” mərhələsinə girəcək. Yəni, texnoloji və struktur baxımından, dünya iqtisadiyyatından çox geri qalmış, yalnız “öz içərisinə qapanmış” böhranlı modelə məhkum qalacaq. Və bu, Rusiya üçün Ukrayna savaşında yalnız məğlubiyyətə deyil, həm də ölkədaxili xaosa apara biləcək ssenari hesab olunur.

Eyni zamanda, Rusiya ordusu savaş poliqonunda böyük itkilərlə üzləşir. Minlərlə tank, yüzlərlə təyyarə və yüzminlərlə hərbçi itirilib. Kremlin hərb maşını hələ bütün bunlara tab gətirsə də, Rusiyanın hərbi potensialı qətiyyən tükənməz də deyil. Hazırda müdafiə sənayesi məhdud imkanlar daxilində tam gücü ilə işləyir. Ancaq istehsal təlabatı təmin etmədiyindən Rusiya İran, Çin və Şimali Koreya kimi tərəfdaşlardan qeyri-rəsmi silah-sursat idxal etmək məcburiyyətində qalır.

Üstəlik, bəzi yerli qeyri-rəsmi mənbələrin iddialarına görə, Rusiyanın yüksək texnologiyalı silahları (raketlər, dronlar, elektron sistemlər) artıq tükənmək üzrədir. Kremlin dolayısı metodlar ilə reallaşdırdığı davamlı səfərbərliklər Rusiya cəmiyyəti üçün artıq yükə çevrilib, kütləvi narazılıq dalğası doğurur. Rusiya ordusunda təcrübəli və peşəkar hərbi kadrların çatışmazlığı indi daha açıq-aşkar hiss olunur. Və rus hərbi ekspertlərin hesablamalarına görə, əgər, ABŞ və Qərb Ukraynaya daha çox F-16-lar, uzaqmənzilli raketlər göndərərsə və daha çevik logistika dəstəyi verərsə, Rusiya ordusunun hazırkı döyüş potensialı ən uzağı 12-18 ay ərzində ciddi şəkildə çökə bilər.

Ona görə də, Qərb siyasi dairələri hesab edirlər ki, Ukraynaya hərbi dəstəyi artırmaqla, Rusiyanın tam çökdürülməsinə nail olmaq artıq mümkündür. Onların fikrincə, hətta tam çökməsə belə, Rusiyanı gözləyən gələcək ssenarilər qətiyyən ümidverici məzmun daşımır. Belə ki, Rusiya və müasir dünya arasında həm texnoloji, həm də iqtisadi fərq ciddi şəkildə açılacaq. Rusiya ordusu yaxın gələcəkdə köhnə texnikaya möhtac qalacaq.

Digər tərəfdən, Rusiya siyasi-diplomatik istiqamətdə yalnız Çin, İran, Şimali Koreya kimi aktorlarla əməkdaşlıq edən bir “qapalı güc”ə çevrilə bilər. Əslində, bu, klassik çöküş olmayıb, onun başlanğıc mərhələsi kimi də dəyərləndirilə bilər. Yəni, Rusiyanı müəyyən mənada, təcrid olunmuş və tükənən bir gücün modernləşmə imkanlarını itirməsi prosesi gözləyir. Və ona görə də, Kremlin ən qısa zamanda Ukrayna savaşından çıxmaq yollarını tapması Rusiya üçün tale yüklü xarakter daşıyır.

Belə anlaşılır ki, ABŞ və Qərbin "strateji səbr siyasəti" davam edərsə, Kreml yalnız döyüş meydanında məğlubiyyətlə deyil, həm də Rusiya daxili mövcud sistemin dayanıqlığının ərimə prosesi ilə üzləşə bilər. Yəni, Qərb Rusiyanın qısa müddətdə tükənərək, çökməsində deyil, məhz müəyyən zaman intervalına yayılan zəifləyərək, sıradan çıxması variantında maraqlıdır. Və prezident Donald Trampın Moskva və Sankt-Peterburqun vurulmasına icazə mesajı da Rusiyaya qarşı üzünmüddətli dağıdıcı prosesin ssenarisinin artıq hazır olduğunu göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyul 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri