Qərbi Azərbaycan haqqında silsilə yazılar Avropa mətbuatında
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Macarıstan mediasında Qərbi Azərbaycan mədəniyyəti, xüsusilə aşıq sənətinə həsr olunmuş yazı dərc olunub. Macarıstanın iki nüfuzlu media orqanında – “HelloMagyar” xəbər portalı və “Dailynewshungary” saytında “Qərbi Azərbaycanın ruhunu yaşadan” başlıqlı yazı macar və ingilis dillərində dərc edilib.
Modern.az xəbər verir ki, Budapeştdəki Azərbaycan Evinin təşkilati dəstəyi ilə yayımlanan yazılar Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təqdimatı əsasında oxuculara çatdırılıb.
Birliyin icra etdiyi layihə çərçivəsində Qərbi Azərbaycan mövzusunda Avropanın digər ölkələrinin media orqanlarında da silsilə yazılar dərc olunub. Belə ki, Çexiya, Albaniya, Gürcüstan və Avstriya mətbuatında Qərbi Azərbaycanın tarixi və coğrafiyası, Zəngəzur bölgəsi haqqında məlumatlar, həmçinin Zəngəzur dəhlizinin açılışının region və Avropa üçün strateji əhəmiyyəti barədə məqalələr yayımlanıb.
Bundan əlavə, yazılarda Qərbi Azərbaycan ərazisində aşkarlanan dünya əhəmiyyətli arxeoloji abidələr, UNESCO-nun qeyri-maddi mədəni irsi sayılan aşıq sənəti, zəngin naxışları ilə seçilən xalçalar, eləcə də İrəvan mətbəxi barədə geniş məlumat təqdim olunub.
Qərbi Azərbaycanla bağlı məqalələr Macarıstan mediası ilə yanaşı, Çexiyanın məşhur “Prague Morning”, Albaniyanın “Albanian Daily News”, Avstriyanın “Avstriya Günlüyü” və Gürcüstanın üç dildə yayımlanan “Geocohub” saytında da müxtəlif dillərdə – ingilis, macar, bolqar, alman, gürcü və rus dillərində oxuculara çatdırılıb.
Qeyd edək ki, bu məqalələr QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycana qayıdış xarici mediada” layihəsi çərçivəsində hazırlanıb.
Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
//hellomagyar.hu/2025/09/26/a-nyugat-azerbajdzsan-lelket-fenntarto-muzsikusok/
//geoecohub.ge/en/2025/08/31/the-tripp-corridor-from-the-white-house-to-western-azerbaijan/
//dailynewshungary.com/minstrels-who-keep-the-spirit-of-western-azerbaijan-alive/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















