Icma.az
close
up
RU
Avropa mətbuatında Azərbaycan haqqında təxribat xarakterli və qərəzli materialların yayımı ilk deyil

Avropa mətbuatında Azərbaycan haqqında təxribat xarakterli və qərəzli materialların yayımı ilk deyil

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Qərbi Azərbaycan İcması Almaniya Federativ Respublikasına məxsus, “Alman Dalğası” (“Doyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişə etirazla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur. Həmçinin qeyd edilib ki, verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir.Almaniya prezidentinin region səfəri öncəsi alman mediasında belə təxribat xarakterli materiallar rəsmi Berlinin mövqeyini əks etdirirmi? Yoxsa, məqsədli qrupların suyu bulandırmaq, Almaniya ilə Azərbaycan münasibətlərin inkişafına zərbə vurmağa hədəflənib?

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Almaniya dünyanın aparıcı və inkişaf etmiş dövlətlərindən biridir.Bu ölkə ilə münasibətlərin yaxşılaşdırılması və əməkdaşlığın möhkəmləndirilməsi, əlbəttə ki, Azərbaycan üçün faydalıdır və bu istiqamətdə son illərdə çox mühüm tədbirlər görülüb, irəliyə doğru addımlar atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniya ilə münasibətlərin yaxşılaşdırılmasına daim önəm verir və bu münasibətlərin inkişafı hər iki xalqın milli maraqlarına uyğundur.

Tahir Rzayev

“Bugün nəinki Almaniya mediasında, eləcə də dünyanın bəzi ölkələrinin mətbuat vasitələrində Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc olunur. Sözsüz ki, alman mətbuatında da dərc olunan əksər yazılar ölkə rəhbərliyinə məxsus rəsmi mövqeni əks etdirmir. Bu materiallar bəzi antiAzərbaycan qüvvələri tərəfindən törədilən təxribat aktlarının nümunələridir. Onlar Azərbaycan-Almaniya münasibətlərinə xələl gətirmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Belə yazılar dövlətlərin inkişafına yarayan münasibətlərə xələl gətirə bilməz. Çünki Almaniya Avropanın ən böyük dövləti olmaqla yanaşı, bu gün mövqeyini möhkəmləndirmək və dünya ölkələri ilə əlaqələri genişləndirmək istiqamətində siyasət yürüdür. Bu münasibətlərdə Azərbaycan da öncül ölkələrdən biridir”-deyən deputat qeyd edib ki, bu səbəbdən də Almaniya prezidentinin regiona səfəri öncəsi belə materialların dərc olunması ermənipərəst qüvvələr tərəfindən təşkil olunub və bu iki ölkə arasında münasibətlərin zərər görməsi üçün öncədən planlanmış təxribat vasitəsidir.

Tahir Rzayev hesab edir ki, belə təxribatlar siyasi cəhətdən yetkin olan rəhbərlərin fəaliyyətinə heç bir təsirini göstərə bilməz. Deputatın fikrincə, Almaniya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, münasibətlərin yaxşılaşdırılmasına doğru atılan addımlar, Avropada sülhün və əmin-amanlığın bərpa edilməsinə öz töhfələrini verə bilər ki, hazırda Azərbaycan dövləti də bu istiqamətdə tədbirləri görməkdədir.

P.S. 44 günlük Vətən müharibəsindən 5 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasını yubadır. Təbii ki, burada üçüncü qüvvələrin rolu böyükdür. Ermənistandan kənarda olan bu qüvvələr zaman-zaman suyu bulandırmaq üçün Almaniya variantında olduğu kimi addımlar atır və Ermənistanla Azərbaycan arasında olan mümkün sülh müqaviləsini yubandırmaqla yanaşı, fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasına nifaq salmağa, sağlam münasibətlərə zərər verməyə və "iplərin qırılması"na cəhd göstərirlər. Amma Azərbaycan hər zaman olduğu kimi Almaniya variantında da öz böyüklüyünü göstərmiş və Almaniya rəhbərliyini atdığı böyük yanlış davranışını düzəltməyə çağırmışdır. Çağırışlarımız cavabsız qalmayıb. Atalarımızın gözəl bir məsəli var ki,“yalnış da bir naxışdır”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri