Icma.az
close
up
RU
“Qərbi Azərbaycan həqiqətləri: Yurd həsrəti və tarixi ədalət”

“Qərbi Azərbaycan həqiqətləri: Yurd həsrəti və tarixi ədalət”

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının, Salyan Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri: Yurd həsrəti və tarixi ədalət” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Günay Ağamalı, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov, icmanın koordinatoru İman Məmmədov, icmanın Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, Qərbi Azərbaycan İcmasının elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəmsi Qocayev, ziyalılar, ağsaqqallar və icma üzvləri iştirak edib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası xalqımızın tarixində ən ağrılı səhifələrdən biridir. Qeyd olunub ki, soydaşlarımız əsrlər boyu yaşadıqları ata-baba yurdlarından zorla çıxarılmış, yüz minlərlə insan bir gecədə evsiz-eşiksiz qalmışdır. Deportasiyalar nəticəsində azərbaycanlıların maddi və mənəvi irsi məhv edilmiş, onların hüquqları kobud şəkildə tapdalanmışdır. Natiqlər diqqətə çatdırıblar ki, Ermənistan ərazisində mövcud olan yüzlərlə Azərbaycan tarixi və mədəni abidəsi dağıdılıb, məscidlər, qəbiristanlıqlar, karvansaralar yerlə-yeksan edilib. Bununla yanaşı, qədim yaşayış məskənlərinin adları dəyişdirilərək saxta toponimlərlə əvəz olunub, xalqımızın tarixi yaddaşı silinməyə cəhd göstərilib. Xüsusi olaraq vurğulanıb ki, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində deportasiya olunmuş Qərbi azərbaycanlıların taleyi daim diqqət mərkəzində saxlanılmış, onların hüquqlarının müdafiəsi üçün mühüm addımlar atılmışdır. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində tarixi ədalətin bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuş, soydaşlarımızın doğma torpaqlarına qayıdışı üçün real perspektivlər yaranmışdır. Çıxış edənlər əminliklə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı təmin olunacaqdır.
Sonra təşkilati məsələlər müzakirə olunub, Qərbi Azərbaycan İcması Salyan rayon nümayəndəliyinin idarə heyətinin tərkibi və şəhər, qəsəbə, kənd icma rəhbərləri təsdiq edilib. Sonda Qərbi Azərbaycan İcmasına yeni üzv olmuş bir qrup şəxsə vəsiqələr təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri