Icma.az
close
up
RU
Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət adlı tədbir keçirilib

Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət adlı tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Bakı şəhərinin Nəsimi rayonunda Qərbi Azərbaycan İcmasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının, Rayon Ağsaqqallar Şurasının rəhbərlikləri və əslən Qərbi Azərbaycandan olan ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgi ilə tanış olublar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov və YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov tədbirin əhəmiyyəti barədə danışıblar.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının tarixi zərurət olduğunu bildirib, bu istiqamətdə müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik, uzaqgörən və qətiyyətli siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışlarında tədbirin əhəmiyyətindən danışıblar.

Tədbir əslən Qərbi Azərbaycandan olan aşıqların və rəqs kollektivinin təqdimatları ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri