Icma.az
close
up
RU
İlahi ədalət və Qərbi Azərbaycan

İlahi ədalət və Qərbi Azərbaycan

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erməni cəmiyyətindəki isteriyanın bir epizodu barədə

İlahi ədalət deyilən bir ifadə var. Azərbaycanın 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri ilə öz ərazi bütövlüyünə və suverenliyinə qovuşması ilahi ədalətin təntənəsi idi. Ermənistanda bunu deyənlər var. Doğrudur, belələri, əksər hallarda, fikirlərini isteriyaya qapılaraq ifadə edirlər. Yəni, reallığı görmür, yaxud görə bilmirlər. Ədalət anlayışından isə ümumiyyətlə xəbərləri yoxdur.

Prezident İlham Əliyevin bütün fikirləri kimi, Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda dünən Bakıda təşkil etdiyi II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bildirdikləri də, Ermənistanda böyük əks-səda doğurub. Haylar, sanki, bir-birinə dəyiblər. Onlar bu dəfə konkret nədən narazıdırlar, məsələyə diqqət yetirəcəyik.

Ümumən, ermənilərin Prezident İlham Əliyevin hər bir fikrinin arxasında real işin dayandığına dair oturuşmuş qənaətləri var və bu qənaət onların sakit dayanmalarına imkan vermir. Məkrlərindən qalmırlar. Necə deyərlər, itdən soruşurlar ki, niyə hürürsən? Qorxuduram – deyir. Bəs quyruğunun nə üçün bulayırsan? – soruşduqda, cavab verir ki, özüm də qorxuram. Hazırda ermənilər məhz belə durumdadırlar.

Prezident İlham Əliyevin konfransın iştirakçılarına ünvanladığı məktubda vurğulanmalı məqamlar çoxdur. Yazımızda onlardan yalnız birinin üzərində dayanacaq və əvvəldə haqqında söz açdığımız ilahi ədalət məntiqinə aydınlıq gətirəcəyik. Nəzərə alaq ki, bu məntiqdə, eyni zamanda, tarixin təkrarlanması əlaməti var. Ancaq bu dəfə prosesdən faydalı çıxan bizik, yəni, Azərbaycan və Azərbaycan xalqıdır. Ölkəmizin liderinin nələri bildirdiyindən isə söz açacağıq. Hələlik isə...

Məlum olduğu kimi, erməni millətçiləri 1988-ci ildən başlayaraq Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə qarşı ərazi iddiası irəli sürməyə başladılar. Daha doğrusu, vilayətin Ermənistana aidliyi üzərində dayanıb ərazini özlərinə birləşdirmək istədilər. Lakin zaman keçdikcə, bunun mümkünsüzlüyünü görüb bir qədər fərqli davrandılər. Onlar Dağlıq Qarabağı beynəxalq hüququn müstəqil subyekti kimi qələmə verdilər. Torpaqlarımızın işğalından sonra, faktiki olaraq, keçmiş vilayətə daxil olmayan bölgələri də “Dağlıq Qarabağ Respublikası”, yaxud “Artsax” adlandırdılar.

Bir haşiyə də çıxaq ki, Ermənistan tərəfi hələ 1991–1994-cü illərdə, hətta daha əvvəl atəşkəsin əldə edilməsi ilə bağlı danışıqları pozanda durumu “qarabağlıların” vəziyyətlə barışmaması kimi qiymətləndirirdi. Təxminən belə: bizlik deyil, bunu edən “Artsax xalqı”dır. Beləcə, bu qondarma xalqın adını bütün beynəlxalq platformalara daşımağa başladılar. 1994-cü ildə atəşkəs əldə edildikdən və Azərbaycanla Ermənistan arasında danışıqlar başladıqdan sonra isə “Dağlıq Qarabağ Respublikası”nı ayrıca dövlət kimi göstərmək meyilləri daha da gücləndi. Hətta, separatçı rejimin təmsilçilərini də nizamlama masasına əyləşdirmək yönümlü cəhdlər oldu. Özü də bu cəhdləri təkcə rəsmi İrəvan deyil, eyni zamanda, onun xaricdəki havadarları da etdilər.

Əlbəttə, Azərbaycan hakimiyyəti məsələnin belə qoyuluşu ilə heç zaman razılaşmadı və imkan vermədi ki, qondarma “dqr” dünyanın ictimai rəyinə beynəlxalq hüququn subyekti kimi sırınsın. Vəziyyət, yəni səmərəsiz danışıqlar prosesi otuz ilə yaxın davam etdi. Nəhayət, 2020-ci ildə savaş yaşandı. 44 günlük müharibənin Ermənistan üçün hansı acınacaqlı aqibətlə başa çatdığı hər kəsə yaxşı məlumdur.

Ancaq ona da diqqət yetirək ki, hələ müharibə günlərində “Dağlıq Qarabağ ordusu”, “Dağlıq Qarabağ özünümüdafiə qüvvələri” və sair bu sayaq ifadələr gündəmdə idi. Elə 44 günlük müharibədən sonra da oxşar meyillər özünü göstərdi. Antiterror tədbirlərin nəticəsində “dqr”in buraxıldığı elan edilsə də, İrəvanda separatçı quruma ofis verildiyi, kimlərinsə yenə özünü “prezident”, “baş nazir”, “nazir” adlandırdıqları diqqətimizdən yayınmadı.

Əlbəttə, bütün bunların hansısa faydası olmadı və olmayacaq. Ancaq antiterror tədbirlərinədək Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bir fikir üzərində dayanmaq istərdik. Nikol son dərəcə həyasızcasına demişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Halbuki, o, bunadək Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Yəni, necə deyərlər, mən tanıyıram, tanımaq istəməyənlər tanımır, mənlik deyil. Yəqin, Paşinyanın deyim tərzi tanış gəldi. İllər əvvəl də eyni sərsəm məntiq irəli sürülmüşdü. İndi isə Qərbi Azərbaycan məsələsinin Ermənistanda qıcıq doğurmasına gələk.

Bəli, Prezident İlham Əliyev haqqında söz açdığımız məktubunda Ermənistanın Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamasının zəruriliyini bildirib. Yuxarıda diqqətə çatdırdıqlarımızı nəzərə alsaq, ilahi ədalət payı elə məhz bu deyimdədir. Görəsən, haylar niyə təşviş içərisindədirlər? Bunu bilmək elə də çətin deyil.

Əlbəttə, ölkəmizin Qərbi Azərbaycana qayıdış konsepsiyası dinc məramlıdır, heç bir halda, təcavüzkar niyyətə söykənməyib. Dövlətimiz bu məsələdə Qarabağda yaşamış ermənilərin də öz evlərinə qayıtmaları üzərində dayanır. Nəhayət, rəsmi Bakı humanist dəyərləri rəhbər tutur. Ancaq erməni cəmiyyəti o qədər xəstədir ki, məsələyə sırf separatçılıq pəncərəsindən baxır. Axı, illər ərzində qondarma “dqr” məsələsində manipulyasiyalar ediblər. Belələrinə insan hüquq və azadlıqları, dinc birgə yaşam qaydaları yaddır. Necə deyərlər, hər şeyi öz arşınları ilə ölçürlər.

Bir halda ki, belədir, qayıdaq başa düşdükləri dilə. İlahi ədalət məntiqini də məhz buna görə qabardırıq. Haylar ədalətin necə təcəlli etdiyini, tarixin onlara sərf etməyən tərzdə təkrarlandığını öz gözləri ilə görsünlər. Amma təkcə görməsinlər, düşünüb nəticə çıxarsınlar. Əlbəttə, buna ağılları və şüurları imkan verirsə. İmkan verirsə, özgə torpaqlarına ərazi iddiası irəli sürməkdən birdəfəlik daşınsınlar. Onu da dərk eləsinlər ki, Qərbi Azərbaycan məfhumu onların məkrli niyyətlərinin, soyqırımı, etnik təmizləmə siyasətlərinin məntiqi nəticəsi olaraq meydana çıxıb. Bu məfhum həm də Azərbaycanın əzəli torpaqlarına qəsbin, təcavüzün və məkrin göstəricisidir.

Əvəz RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri