Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasından Paşinyanın təklifinə CAVAB: Hər iki qayıdış həyata keçirilsin

Qərbi Azərbaycan İcmasından Paşinyanın təklifinə CAVAB: Hər iki qayıdış həyata keçirilsin

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyada jurnalistlərlə söhbəti zamanı Qarabağ ermənilərinin Azərbaycana qayıdışı ilə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini eyniləşdirməyi və hər iki tərəfin hər iki məsələdən imtina etməsi barədəki təklifi onun siyasətçi kimi diletantlığını bir daha ortaya qoyur".

Bunu Redaktor.az-a Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi.

Nikol Paşinyanın “mən də qarabağlılarımıza demişəm ki, onların qayıdışı real deyil” sözlərinə münasibət bildirən millət vəkili hesab edir ki, Ermənistan Baş nazirinin erməni hiyləgərliyi ilə minnət dolu bu mesajının bir qara qəpiklik qiyməti yoxdur.

"Paşinyan çox gözəl bilir ki, ermənilərin Azərbaycana qayıdışı qətiyyən mümkün deyil. Ona görə yox ki, biz bunu istəmirik, əksinə, Azərbaycan Prezidenti dəfələrlə Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycanda qalıb yaşamağı təklif edib. Amma onlar qalmaq istəmədilər və könüllü çıxıb getdilər. Çünki bu 30 illik işğal dövründə, demək olar ki, hamısının Azərbaycana və Azərbaycan xalqına qarşı kifayət qədər cinayətləri var. Heç bir cinayətin cəzasız qalmayacağını, bir gün bu cinayətlərin cavabını verməli olacaqlarını bildikləri üçün aradan çıxdılar. Amma Qərbi Azərbaycandan qovulan azərbaycanlıların belə bir qorxusu yoxdur, biz Ermənistan vətəndaşlığını qəbul edərək öz ata-baba yurdlarımıza qayıtmağa hər an hazırıq və qayıdacağıq. Biz Ermənistandan qovulanda ermənilər tərəfindən soyqırımına məruz qalmağımıza, 200-dən artıq şəhid verməyimizə baxmayaraq, ermənilərə qarşı heç bir cinayət hadisəsi törətməmişik, daha doğrusu, buna imkanımız da olmayıb, çünki o vaxt Ermənistanda erməni canilərini Ermənistan dövləti özü qoruyurdu, özü himayə edirdi, azərbaycanlıları isə heç kəs müdafiə etmirdi – nə Ermənistan dövləti, nə Moskva, nə də o vaxtkı Azərbaycan rəhbərliyi. Əksinə, müqavimət göstərəni ya həbs edir, ya da döyüb öldürürdülər. Ona görə də bu gün bizim təhlükəsizliyimizin təmin olunması şərtilə o torpaqlara qayıtmaqda heç bir qorxumuz yoxdur.

Digər tərəfdən, Paşinyan: “Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, Qarabağ hərəkatını yenidən başlayırıq”, - deməklə öz erməni sifətini bir daha ortaya qoyur və qarşımızda yenə də Cəbrayıla yol çəkmək istəyən, Şuşada yallı gedən Paşinyanı görürük. Təəssüf ki, o yol çəkməyin, yallı getməyin aqibətini çox tez yaddan çıxarıb".

Əziz Ələkbərlinin sözlərinə görə, Paşinyan və onun şəxsində erməni siyasiləri bir şeyi anlamaq, bəlkə də etiraf etmək istəmirlər ki, iki dövlət və iki xalq arasında dayanıqlı sülhün yeganə qarantı bu xalqların birgəyaşayışıdır:

"Ona görə də Paşinyanın Ermənistan və Azərbaycanın qayıdış planından imtina təklifinə qarşı biz, Qərbi Azərbaycan İcması olaraq, hər iki qayıdışın həyata keçirilməsi təklifini irəli sürürük. Paşinyanın təklifi xalqlar arasındakı düşmənçiliyi davam etdirməyə, bizim təklifimiz isə bu düşmənçiliyin aradan qaldırılmasına xidmət edir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri