Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasından Ermənistanla bağlı çağırış

Qərbi Azərbaycan İcmasından Ermənistanla bağlı çağırış

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq.

"Cebheinfo.az" xəbər verir ki, bu tələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir:

“8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvolizə edir. Ermənistanın irqçi və ekspansionist ideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmış zəfər, beynəlxalq hüququn aliliyini təmin edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaratdığı dövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti və milli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir araya gətirmiş, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb. İlham Əliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəm qoyub.

Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsiz vətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalından sonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silaha sarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun və vətənə bağlılığının göstəricisidir.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir və sağlamlığını itirənlərə şəfa diləyirik”.

Bəyanatda qeyd olunur ki, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ədalətə inamımızı gücləndirib:

“Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bu tarixi nailiyyətdən böyük güc alır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ədalətə ancaq inanaraq və onun uğrunda mübarizə apararaq nail olmaq mümkündür. Biz də bu əzmlə və inamla öz doğma evlərimizə təhlükəsiz şəkildə,ləyaqətlə və sülh yolu ilə qayıtmaq uğrunda mübarizə aparırıq.

Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldə olunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur.

Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görə məsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinə hələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan, genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimi destruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şərait yaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizim mübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımıza qayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruri addımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri