Icma.az
close
up
RU
“Qərbi Azərbaycan İrsini Tanı” Gənclər Formuna start verilir

“Qərbi Azərbaycan İrsini Tanı” Gənclər Formuna start verilir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qərbi Azərbaycan İrsini Tanı” Gənclər Forumu layihəsinə start verir.

XQ xəbər verir ki, fevral-aprel aylarını əhatə edəcək layihənin məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini qorumaq və təbliğ etmək, bölgənin tarixi, adət-ənənə, folklor və incəsənət nümunələrini geniş kütlələrə çatdırmaqdır. Eyni zamanda, layihə istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların sahə fəaliyyətlərini dəstəkləməyə istiqamətlənmişdir. Layihə gənclər arasında təşəbbüskarlığı və innovativ yanaşmaları stimullaşdıraraq, Qərbi Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı inkişafı hədəfləyir.

16–29 yaş aralığında, istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların sahə fəaliyyətlərini dəstəkləməyi hədəfləyən layihə çərçivəsində silsilə tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Bakı və Sumqayıt şəhərlərində konfrans, foto sərgi, intellektual çempionat, bədii proqram və “Qərbi Azərbaycan Mədəniyyəti İrsi” Gənclər Forumu təşkil olunacaq.

Layihə gənclərin yalnız dinləyici deyil, aktiv iştirakçı kimi prosesə qoşulmasını hədəfləyir. İnteraktiv təqdimatlar, audio-vizual materiallar, ekspert və qonaq spikerlərlə görüşlər vasitəsilə iştirakçılar Qərbi Azərbaycan irsi haqqında əhatəli məlumat əldə edəcək, eyni zamanda təşəbbüs qruplarında birləşərək yaradıcı ideyalar üzərində çalışacaqlar. Praktiki sessiyalar zamanı gənclər mədəni irsin təbliği üçün rəqəmsal məzmunlar, sosial media təşəbbüsləri və ictimai kampaniyalar hazırlayacaqlar.

Qeyd edək ki, “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” çərçivəsində, Qərbi Azərbaycan İcmasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. “İRƏLİ” İctimai Birliyi bu istiqamətdə daha öncə də bir sıra uğurlu fəaliyyətlər həyata keçirib. Qurumun təşkilatçılığı ilə Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və Qərbi Azərbaycan mədəniyyəti irsinin təbliği məqsədilə konfranslar, festivallar, düşərgələr, infosessiyalar və film nümayişləri təşkil olunub.

Tədbirlərdə iştirak etmək üçün İRƏLİ İctimai Birliyinin sosial medi hesablarını izləmənizi tövsiyə edirik. Tədbirlərin tarixi və iştirak qaydası mütəmadi olaraq paylaşılacaqdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri