Icma.az
close
up
RU
Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, Nizami Kino Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər - “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Strateji təhlil sektorunun müdiri Dağlar Yusifov Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinin tanıdılması, gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib, həmin istiqamətdə həyata keçirilən layihələrin gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, milli kimlik şüurunun güclənməsinə və vətənpərvərlik ruhunun aşılanmasına xidmət etdiyini diqqətə çatdırıblar. Eyni zamanda, vurğulanıb ki, gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik dəyərlərinə bağlı, savadlı və təşəbbüskar nəslin formalaşmasına mühüm töhfə verir.

Daha sonra layihə çərçivəsində keçirilən intellektual oyunun qalibləri - Bakı Dövlət Universitetinin komandası, “Data Qorqud” komandası və “Triple 7” komandasının üzvləri təltif olunublar.

Forum öz işini panel müzakirələrlə davam etdirib.

“Qərbi Azərbaycan İrsi: tarix, mədəniyyət və ənənələrdən müasir dövrümüzə körpü” mövzusunda ilk panel sessiya keçirilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluq etdiyi müzakirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət TV-nin direktor müavini, Prezident mükafatçısı Bəhruz Niftəliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti, “İrəvan” ansamblının bədii rəhbəri Maya Qafarova, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, multimedia rəssamı, kino və teatr üzrə quruluşçu rəssam Vüsal Rəhim çıxış ediblər. Paneldə Qərbi Azərbaycanın zəngin tarixi irsi, musiqi və poeziya ənənələri, milli sənət nümunələri, bu dəyərlərin müasir yaradıcı platformalarda yaşadılması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunub.

Daha sonra “Qərbi Azərbaycan irsinin təbliği, təşəbbüslərin dəstəklənməsi, gənclərin iştirakçılığının artırılması” mövzusunda ikinci panel sessiya təşkil edilib. “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, rəssam Elçin Hüseyn, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Proqram meneceri, CreART Mədəniyyət Klubları Şəbəkəsinin Dəstəklənməsi Proqramının rəhbəri Bəxtiyar Quluzadə çıxış ediblər. Sessiyada gənclərin milli irsin təbliğində rolu, təşəbbüslərin institusional dəstəklənməsi, yaradıcılıq platformalarının genişləndirilməsi və ictimai iştirakçılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Forum bədii hissə də nümayiş etdirilib.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Səfiyar Məcnun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri