Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır

“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

“İRƏLİ” İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, fevral-aprel aylarını əhatə edəcək layihənin məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini qorumaq və təbliğ etmək, bölgənin tarixi, adət-ənənə, folklor və incəsənət nümunələrini geniş kütlələrə çatdırmaqdır. Eyni zamanda, layihə istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların sahə fəaliyyətlərini dəstəkləməyə istiqamətlənib. Layihə gənclər arasında təşəbbüskarlığı və innovativ yanaşmaları stimullaşdıraraq, Qərbi Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı inkişafı hədəfləyir. 16–29 yaş aralığında, istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların sahə fəaliyyətlərini dəstəkləməyi hədəfləyən layihə çərçivəsində silsilə tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Bakı və Sumqayıt şəhərlərində konfrans, foto sərgi, intellektual çempionat, bədii proqram və layihəsi çərçivəsində gənclər forumu təşkil olunacaq.

Layihə gənclərin yalnız dinləyici deyil, aktiv iştirakçı kimi prosesə qoşulmasını hədəfləyir. İnteraktiv təqdimatlar, audio-vizual materiallar, ekspert və qonaq spikerlərlə görüşlər vasitəsilə iştirakçılar Qərbi Azərbaycan irsi haqqında əhatəli məlumat əldə edəcək, eyni zamanda, təşəbbüs qruplarında birləşərək yaradıcı ideyalar üzərində çalışacaqlar. Praktiki sessiyalar zamanı gənclər mədəni irsin təbliği üçün rəqəmsal məzmunlar, sosial media təşəbbüsləri və ictimai kampaniyalar hazırlayacaqlar.

Qeyd edək ki, “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” çərçivəsində, Qərbi Azərbaycan İcmasının və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. “İRƏLİ” İctimai Birliyi bu istiqamətdə daha öncə də bir sıra uğurlu fəaliyyətlər həyata keçirib. Qurumun təşkilatçılığı ilə Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və Qərbi Azərbaycan mədəni irsinin təbliği məqsədilə konfranslar, festivallar, düşərgələr, infosessiyalar və film nümayişləri təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri