Icma.az
close
up
RU
Qərbi Azərbaycan: Danışan izlərin işığında kitab təqdimatı

Qərbi Azərbaycan: Danışan izlərin işığında kitab təqdimatı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasına uyğun olaraq BSU-nun Tədbirlər Planı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycan İcması(QAİ) İdarə Heyətinin üzvü Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” adlı kitabının təqdimatı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə professor Mahirə Hüseynovanın elmi-pedaqoji, ictimai fəaliyyəti və bədii yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.

BSU-nu rektoru Anar Nağıyev təqdimatı keçirilən kitabın elmi və ictimai əhəmiyyətini xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinin, mədəni irsinin və milli dəyərlərinin sistemli şəkildə tədqiqinə həsr olunan bu kitab elmi müstəvidə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin bu istiqamətdə gördüyü işlərdən də bəhs edərək, mərkəzin elmi fəaliyyətinin genişləndirilməsində professor Mahirə Hüseynovanın dəstəyini qeyd edib. Bildirib ki, Qərbi Azərbaycan mövzusu artıq universitetin tədris proqramlarında, dərs vəsaitlərində və elmi tədqiqat istiqamətlərində sistemli şəkildə yer almaqdadır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, BDU-nun Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Prezident Kitabxanasının direktor müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov, BSU-nun rektor məsləhətçisi dosent Ənvər Abbasov, Pedaqogika kafedrasının müdiri professor Piralı Əliyev, Türkologiya kafedrasının professoru Nuridə Novruzova, Jurnalistika kafedrasının professoru Şəlalə Həsənova çıxış edərək kitabda Qərbi Azərbaycan reallıqlarının tarixi, elmi və mədəni aspektlərdən sistemli şəkildə araşdırıldığını vurğulayıblar.

Professor Mahirə Hüseynova tədqiqat əsərində Qərbi Azərbaycanın tarixi-mədəni irsi, dil, folklor və milli-mənəvi dəyərlərinin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırıb, bu mövzuda aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri