Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər

Qərbi Azərbaycan Xronikası: Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ermənilər kəndimizə xüsusi təlimatla yerləşdirilirdi" adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Ağkənd kənd sakini Şəfiqə Cəfərovanın həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, uşaqlıq və məktəb illərinin maraqlı keçdiyini, ermənilərlə qarışıq yaşadıqlarını söyləyib: "Kənd əvvəl böyük olub. Son dövrlərdə 20-25 azərbaycanlı ailə qalmışdı. Qonşu Tərətum kəndində sırf ermənilər yaşayırdılar. Onlar gəlib Ağkəndə dolmuşdular. Ermənilər təlimatla kəndə yerləşdirilirdilər. Ermənilər kəndə gələndə bizimkilər top-tüfənglə qarşılamayıblar, öz yurdlarını, evlərini, çörəklərini veriblər. Azərbaycanlılarla yaşayan ermənilər bizim yaxşılıqlarımızı, mənəviyyatımızın yüksəkliyini, adət-ənənələrimizi mənimsəyirdilər və heç elə də çox aqressiv olmurdular. Amma sırf ermənilər yaşayan kəndlər dəhşət idi".

Onun sözlərinə görə, kənddən ilk kütləvi köç 1967-ci ildə başlayıb: "O vaxt dayımın evini partlatdıqdan, sakin Həsən kişini öldürəndən sonra azərbaycanlıları sıxışdırmağa başladılar, vəzifədə olanları işdən çıxardılar. Rayonda Azərbaycan dilində çıxan qəzetin nəşrini dayandırdılar. Camaat köç edib, bir müddət sonra yenidən qayıdıb. Babam erməni riyakarlığına, zülmünə, nankorluğuna dözməyib üç dəfə köç edib. Nəhayət 1954-cü ildə kənddə dünyasını dəyişib".

Ağkənd sakini 1988-ci ildə kənddə çox az adamın qaldığını, ermənilərin partlayışlar törətdiklərini bildirib: "Vaxtilə ermənilər camaatı dama doldurub, od vurub, qızılları əridib onların boğazına doldurublar. Hətta saqqallılar azərbaycanlılara kömək edən erməniləri güllələyirdilər. Məcbur qalıb köç edən insanlar mal-dövlətlərini qoyub, çox əziyyətlə dağları aşıb Şərura gəldilər. Atam və anam isə Qaxa, sonra Bakıya köçdülər".

Uşaqlıq xatirələrinin yaddaşdan silinmədiyini deyən Ş.Cəfərova deyib: "Vətən həsrəti ürəyimizi parçalayır. Ağkəndə qayıtmaq arzusu ilə yaşayırıq. Ən böyük istəyimiz Vətənə qayıtmaqdır. İnanırıq ki, gedib oranı yenidən gəzəcəyik, daşları öpəcəyik. Bu, nəsibimiz olacaq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri