Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Qərbi azərbaycanlılara mədəni muxtariyyət verilir?

Qərbi Azərbaycan Xronikası: Qərbi azərbaycanlılara mədəni muxtariyyət verilir?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan Qərbi azərbaycanlılara görə qanunvericiliyini dəyişdirəcək" adlı süjetdə Azərbaycanın əsas tələblərindən olan Ermənistanın Qərbi azərbaycanlılar üçün daxili qanunvericiliyini dəyişdirməsinin və onların ehtiyaclarına uyğunlaşdırmasının vacibliyindən bəhs olunub.

Bildirilib ki, Ermənistanın keçmiş ombudsmanı, Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən Arman Tatoyan Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə yanaşı, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinə yönəlmiş şərtləri olduğunu deyib: "Rəsmi Bakının yeni tələblərindən biri Ermənistan qanunvericiliyinin Qərbi azərbaycanlıların qayıdışına uyğun vəziyyətə salınması, onların təhlükəsizliyinin və digər hüquqlarının qorunmasının təmin edilməsindən ibarətdir. Əslində sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlərdən biri də budur".

Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış Ermənistanın qanunvericiliyinin dəyişdirilməsi zərurətini yaradır: "Çünki Ermənistan dünyada monoetnik olan nadir dövlətlərdəndir. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı Ermənistanı yeni reallıqla üz-üzə qoyacaq və ilk növbədə milli azlıqların hüquqları ilə bağlı qanunu qəbul etmək zərurətini ortaya çıxaracaq. Burada ən önəmli məqamlardan biri Ermənistanda yaşayan milli azlıqlarla müqayisədə Qərbi Azərbaycana qayıdacaq soydaşlarımızın malik olacaqları hüquqların miqyasıdır"

Diqqətə çatdırılıb ki, Ermənistandakı milli azlıqların sayı minumum səviyyədədir və bu, rəsmi İrəvana onların səsini boğmaq, hüquqlarını təmin etməmək imkanı verir: "Lakin Qərbi Azərbaycana qayıdacaq soydaşlarımızın sayı ən azı 300 min olacaq. Onların birgəyaşayışı, təhlükəsizliyinin qorunması və digər hüquqlarının təmin edilməsi xüsusi önəm kəsb edir. Ona görə də mədəni muxtariyyətin verilməsi də istisna edilməyən variantlardan biri ola bilər".

Erməni ekspertlər Qərbi Azərbaycana qayıdışın təmin edilməsi və Ermənistanın daxili qanunvericiliyinin bu reallığa uyğunlaşdırılmasının qaçılmaz olacağını proqnozlaşdırır. Şərhçi Sevak Akopyan hesab edir ki, proses təkcə azərbaycanlıların qayıdışı və hüquqlarının təmin edilməsi ilə yekunlaşmayacaq, eyni zamanda, Sünikin (Zəngəzur) sərhədboyu ərazilərinin bir qismi Azərbaycana təhvil verilə bilər.

Sonda vurğulanıb ki, bir əsr öncə Azərbaycan torpaqları hesabına süni şəkildə Ermənistan adlı dövlət yaradıldı və XXI əsr torpaqların öz sahiblərinə qayıdışı əsri olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Qərbi azərbaycanlılara mədəni muxtariyyət verilir?"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri