Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan toponimlər

Qərbi Azərbaycan Xronikası: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan toponimlər

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı dəyişdirilib Razdan qoyulan oğuz yurdu" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Axta, Axtala toponimi, Axtala oykonimi və hidronimi haqqında söz açılıb.

Bildirilib ki, ermənilər zaman-zaman azərbaycanlıları təqib edib, bizə məxsus toponimləri məhv edib, həm tarixi mənsubiyyətinə, həm də etnik tərkibinə görə oğuz türklərinə məxsus ərazilərə sahib çıxmağa çalışıblar.

Axtala - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayonda qəsəbə və rayonun inzibati mərkəzi olub. "İrəvan əyalətinin icmal dəftərin"də Axtu formasında, Qafqazın 5 verstlik xəritəsində Axta kimi qeyd edilib. 1956-cı il mayın 30-da adı dəyişdirilib Razdan qoyulub.

Axta - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov/Vayk adlandırılan rayonda kənd adıdır. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar. 1920-ci ildə sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönüblər. Nəhayət, 1988-ci ilin noyabrında azərbaycanlılar yenidən qovulublar.

Axtala - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayonda şəhər tipli qəsəbə adıdır. Buranın qədim sakinləri azərbaycanlılar olublar. XVIII əsrin ortalarında kəndə İran və Türkiyədən ermənilər köçürülüb. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunublar.

Axtala - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayon ərazisində qala, selav və mədən adıdır. Qala XIII əsrdə tikilib və selavın uzunluğu 14 kilometrdir.

Axtala - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayon ərazisində çay adıdır və adı dəyişdirilib Hovanadzor qoyulub.

Sonda vurğulanır ki, ermənilərin Qərbi Azərbaycanın qədim yurd yerlərinin adını, tarixini və mədəni mənzərəsini təhrif etməsi, özlərinə uyğun yenidən yazmaq məqsədi heç kim üçün sirr deyil: "Təbii ki, belə məkrli əməllərin qarşısının alınması indi mühüm əhəmiyyət daşıyır və bu, zamanın tələbidir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan toponimlər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri