Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Köç karvanlarının qarşısını kəsir, əhalini incidirdilər

Qərbi Azərbaycan Xronikası: Köç karvanlarının qarşısını kəsir, əhalini incidirdilər

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Qarabağ qazisi, fəlsəfə doktoru Qələndər Aslanov olub.

O, Qərbi Azərbaycanın Basarkeçər rayonundan, ata-baba yurdu Hüseynquluağalı kəndindən söhbət açıb. Bildirib ki, Zod qızıl mədənində çalışan atası digər soydaşlarımız kimi mütəmadi olaraq erməni haqsızlığı ilə üzləşib. Davamlı hal alan bu vəziyyət valideyninin məcburən Hüseynquluağalını tərk etməsi, Bakıda məskunlaşması ilə nəticələnib. Buna baxmayaraq, hər il yay və qış tətillərində, eləcə də toy və yas mərasimlərində, digər əlamətdar günlərdə ata-baba yurdlarına səfər edib, həmkəndliləri ilə əlaqəni tam kəsməyiblər. Lakin hər dəfə Qərbi Azərbaycana, o cümlədən Basarkeçər rayonuna gedəndə ermənilərin azərbaycanlılara qarşı təzyiq və təhdidinin, diskriminasiyasının canlı şahidi olublar. Rayon mərkəzində azərbaycanlılar ermənilər tərəfindən məqsədli şəkildə münaqişəyə cəlb olunub, təhqir ediliblər.

Müsahibin sözlərinə görə, bütün bu hadisələr 1987-ci ildən başlayaraq, soydaşlarımıza qarşı daha kəskin xarakter alıb. Silahlı erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə basqınlar edib, əliyalın əhalini zorla öz evlərini tərk etmək məcburiyyətində qoyublar. Bu tələbi yerinə yetirməyən soydaşlarımız fiziki təzyiqlərlə, hətta ölümlə üz-üzə qalıblar.

Q.Aslanov deyib ki, sonuncu deportasiyada ata-baba yurdunu məcburən tərk edən soydaşlarımız Azərbaycana gələn zaman da çoxsaylı xoşagəlməz hadisələrlə üzləşiblər. Belə ki, daşnak təbliğatı ilə beyinləri zəhərlənən ermənilər azərbaycanlıların köç karvanlarının qarşısını kəsib, onların əşyalarını dağıdıb, talan edib, özlərinə isə xəsarət yetiriblər.

Əməkdar məşqçi Birinci Qarabağ müharibəsində iştirak etdiyi döyüşlərdən də danışıb. Qeyd edib ki, Füzulinin müdafiəsində, həmçinin Murov yüksəkliyində, Kəlbəcərin yaşayış məntəqələrinin qorunması əməliyyatlarında iştirak edib. Onun sözlərinə görə, ermənilər müharibə qanunlarına riayət etmədən çoxsaylı vəhşiliklər, amansızlıqlar, hərbi cinayətlər törədiblər. Döyüşlər səngidiyi vaxtlarda yaralıların savaş meydanından çıxarılmasına belə imkan verməyiblər.

Xüsusi təyinatlı kimi döyüşlərə qatılan Q.Aslanov yaralı komandirini güllə yağışı altından xilas etdiyini diqqətə çatdırıb. Deyib ki, çoxsaylı idmançılarımız da Qarabağ müharibəsində qəhrəmanlıqlar göstəriblər. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib.

Beynəlxalq dərəcəli hakim Azərbaycanı bir çox yarışlarda təmsil etdiyini xatırladıb. Söyləyib ki, idmanın siyasətdən uzaq olmasına baxmayaraq, ermənilər bütün sahələrdə olduğu kimi, idman yarışlarında da öz xislətlərini göstərib, milli ayrı-seçkiliyə yol veriblər. Hətta beynəlxalq yarışın təşkilatçılarına əsassız şikayətlər ediblər. Q.Aslanov sonda vurğulayıb ki, keçmiş məcburi köçkünlər Qarabağa qayıtdığı kimi, Qərbi azərbaycanlılar da ata-baba ocaqlarına qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Köç karvanlarının qarşısını kəsir, əhalini incidirdilər"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Dekabr 2024 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see211

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see185

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see127

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see122

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see121

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri