Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Paşinyanın real Ermənistan planı praktiki mərhələyə keçir

Qərbi Azərbaycan Xronikası: Paşinyanın real Ermənistan planı praktiki mərhələyə keçir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan Azərbaycanın əsas tələbini daha tez icra edəcək" adlı süjetdə Ermənistan konstitusiyasının yeni mətninin 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər hazırlanacağından bəhs olunub.

Bildirilib ki, daha öncə Nikol Paşinyan konstitusiyanın yeni mətninin 2026-cı ilin dekabr ayına qədər hazırlanması, 2027-ci ildə baxılması tapşırığını vermişdi. İndi vaxt önə çəkilir və daha tez hazırlanması gündəmdədir. Baş nazirin bəyan etdiyi kimi, o, konstitusiyaya əsaslanan "erməni iddialarını" sıradan çıxarmaq və "real Ermənistan qurmaq istəyir.

Qeyd olunub ki, Ermənistan konstitusiyanın dəyişdirilməsi tələbi Azərbaycanın gündəliyinə daxildir: "Ermənistan konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bəyan edib ki, bütün iddialar konstitusiyadan çıxarılmadan sülhdən danışmaq mümkün deyil. Təbii ki, Ermənistan konstitusiyası dəyişdirilərsə, bu, Azərbaycanla sülhün əldə edilməsində konstruktiv yanaşma olacaq və sazişin imzalanmasını təşviq edə bilər".

Bu məsələ Ermənistan mətbuatında və ictimaiyyətində ciddi müzakirələr yaradıb. "Hraparak" nəşri yazır ki, Paşinyanın "real Ermənistan" planı praktiki mərhələyə keçib: "Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün konstitusiyanın dəyişdirilməsi məqsədilə referendumun keçirilməsini təklif edib və bu, hakim partiyanın qapalı görüşündə müzakirə edilib".

"Fakt" qəzeti isə Ermənistan hakimiyyətinin konstitusiyanın dəyişdirilməsini hələ 2019-cu ildə gündəmə gətirdiyini yazıb: "2020-ci ildə müharibə bu məsələni arxa plana keçirdi. İndi yeni konstitusiyanın qəbulundan danışırlar. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir".

Politoloq Sergey Markedonov, ekspert Qriqori Ayvazyan, "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan hesab edirlər ki, N.Paşinyan erməni milli layihəsini yenidən başlanmasını planlaşdırır: "Onun fəal şəkildə təbliğ etdiyi "real Ermənistan"da diasporun ciddi rolu olmayacaq, qonşulara qarşı ərazi iddiaları, həmçinin, "geosiyasi maksimalizm" istisna olunacaq. Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların Ermənistana qayıtması Azərbaycanın əsas planıdır. Rəsmi Bakı bu hədəflərinə mütləq nail olacaq. Paşinyanın mövcud Konstitusiyadan imtina etmək və yenisini qəbul etmək təşəbbüsü Qərbi Azərbaycan proqramı çərçivəsində baş tutur".

Sonda vurğulanıb ki, Ermənistanda revanşistlər azərbaycanlıların qayıdışını qəbul etmir və bunu gündəmdən çıxarmaq üçün əllərindən gələni edirlər: "Lakin bütün bu cəhdlərin nəticə verməyəcəyi öncədən bəllidir, çünki azərbaycanlıların tarixi torpaqlarına - Qərbi Azərbaycana qayıdışı qaçılmazdır. Ermənistan bu reallığı nə qədər tez qəbul edərsə, onlar üçün bir o qədər yaxşı olacaq, əks təqdirdə, Qarabağda başlanan erməni planlarının məhv edilməsi prosesi Zəngəzurda, İrəvanda davam etdirilə bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: Paşinyanın "real Ermənistan" planı praktiki mərhələyə keçir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Mart 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri