Icma.az
close
up
RU
Qərbi Azərbaycana hökmən qayıdacağıq Komitə sədri

Qərbi Azərbaycana hökmən qayıdacağıq Komitə sədri

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan dinləmələr artıq bir ənənəyə çevrilib. Bu proses yalnız Azərbaycanın daxili məsələsi olmaqla kifayətlənməyib, dünya miqyasında da müzakirə edilən mühüm mövzu olub. Bu mənada QHT-lərin rolu xüsusilə önəmlidir, çünki onların fəaliyyəti məsələnin qlobal səviyyədə daha yaxşı başa düşülməsini və müvafiq tədbirlərin görülməsini təmin edir.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov martın 10-da parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu istiqamətdə artıq bir sıra mühüm işlər görülüb. “Qərbi Azərbaycan məsələsi barədə əhalimizdə ətraflı məlumatlar mövcuddur və bu, bizim uğurlu fəaliyyətimizin nəticəsidir. Ancaq qarşıda hələ daha çox iş var. Hazırda deputatlar olaraq bizim əsas vəzifəmiz bütün bu məsələləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Biz o torpaqlara mütləq şəkildə qayıdacağıq. Həmin torpaqların Azərbaycanın əraziləri olduğunu dünyaya bəyan etməliyik. Hər bir qurumun bu istiqamətdə birgə fəaliyyət göstərməsi son dərəcə vacibdir. Çünki yalnız kollektiv şəkildə işləyərək məsələnin əhəmiyyətini bütün dünyaya anlatmaq mümkündür”, - deyə komitə sədri əlavə edib.

Qərbi Azərbaycan məsələsinin xalqımızın haqqı olduğunu vurğulayan Ə.Əmiraslanov bildirib: “Biz bütün dünya ölkələrinə bu məsələnin ədalətli həlli üçün çağırış edirik. Birlikdə hərəkət edərək bu torpaqlara geri dönəcəyimizə və əsl ədalətin bərpa olunacağına əminik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Mart 2025 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri