Icma.az
close
up
RU
“Biz Qərbi Azərbaycana qayıdacağıq: Başqa alternativ yoxdur!”

“Biz Qərbi Azərbaycana qayıdacağıq: Başqa alternativ yoxdur!”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlərin ən aktual məsələlərindən biri Qərbi Azərbaycandan olan soydaşlarımızın yenidən öz tarixi torpaqlarına qayıdışı, atta-baba yurduna dönüşüdür. Hansı ki, Prezident İlham Əliyev tərəfindən dəfələrlə gündəmə gətirilən bu missiyanın dinc şəkildə həyata keçiriləcəyi, bu qayıdışın soydaşlarımızın hüquqi-mənəvi haqqı olduğu vurğulanıb.

Xatırladaq ki, bu məsələ Qərbi Azərbaycan İcması tərəfindən də mütəmadi şəkildə gündəmə gətirilməkdə, sözügedən istiqamətdə informasiya müstəvisində sistemli addımlar atılmaqdadır.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli Azərbaycanın bu məqsədinə də nail olacağını vurğulayıb:

“Qərbi azərbaycanlılar, yəni indiki Ermənistan ərazisindən qovulan soydaşlarımız yenidən öz torpaqlarına qayıtmalıdır. Bunun başqa variantı, başqa alternativi yoxdur. Bu məsələni bizim Prezidentimiz qaldırıb və bunun necə, hansı şəkildə reallaşacağını da izah edib.

Bu gün xarici ölkələrdə bəzi qüvvələr iddia edir ki, Xankəndindən köçən ermənilər geri qayıtmalıdır. Guya onları biz zorla çıxarmışıq. Halbuki, gedən ermənilərin könüllü şəkildə Xankəndini tərk etdiyi hər kəsə məlumdur. Biz bu yalanın qarşısında öz həqiqətimizi qaldırmışıq.

Azərbaycan mediası da bu istiqamətdə mühüm iş görür. Bununla yanaşı, hesab edirəm ki, mediamız bu sahədəki aktviliyini daha da artırmalı, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasına daha çox diqqət göstərməlidir. Dünyanın aparıcı dillərində  - alman, fransız, ingilis dilində Qərbi Azərbaycanla bağlı məqalələr, videoçarxlar hazırlanmalı, bütün dünyaya bu torpaqların bizə məxsus olduğu, bu ərazilərə bizim deyil, ermənilərin gəlmə olduğu göstərilməli, sübut edilməlidir. İnanıram ki, belə bir fəaliyyət dünya ictimaiyyətinin Qərbi Azərbaycan məsələsinə daha obyektiv yanaşmasına təsir edəcək, xalqımızın haqq işinin qalib gəlməsinə töhfə verəcək”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri