Icma.az
close
up
RU
Biz Qərbi Azərbaycana da qayıdacağıq Zərifə Quliyeva

Biz Qərbi Azərbaycana da qayıdacağıq Zərifə Quliyeva

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Modern İnkişaf və Ailə” İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə noyabrın 4-də Bakıda Zəfər Günü münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatları, QHT sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva ölkəmizin qazandığı tarixi qələbələrdən, Vətən müharibəsindəki möhtəşəm Zəfərimizdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biri kimi hər birimizə qürur və iftixar hissi yaşadır. Vurğulayıb ki, Azərbaycan xalqı “dəmir yumruğ”u ilə düşmənin başını əzərək dünyaya gücünü göstərib. Vətənin dar günündə hamının həmrəy olduğunu, öz Prezidentini, Ordusunu dəstəklədiyini bildirən QHT sədri Zəfərimizin qazanılmasında gənclərimizin vətənpərvərliyinin önəmini xüsusi qeyd edib.

“Zəfərimizlə ərazi bütövlüyümüzün bərpası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetinə çevrildi və dövlətimizin başçısı öz adını tarixə qızıl hərflərlə yazdırdı”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

Böyük Qayıdışın reallığa çevrildiyini qeyd edən Z.Quliyeva Azərbaycanın dünyaya dirçəliş modeli təqdim etdiyini bildirib. Vurğulayıb ki, dövlətimizin başçısının müdrik siyasəti nəticəsində biz Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun nəticəsi olaraq Azərbaycan bu gün inkişafının yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Vətən oğullarının şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.

“Azərbaycan öz milli maraqlarını müdafiə edir və edəcək. Son günlərdə bəzi üzdəniraq qüvvələr ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı qərəz nümayiş etdirirlər. Amma onların çirkin niyyətləri puça çıxacaq və Azərbaycan bu mötəbər tədbirə də yüksək səviyyədə ev sahibliyi edəcək”, - deyə o əlavə edib.

Milli Məclisin deputatları Mehriban Vəliyeva və Vüqar İskəndərov, YAP Mərkəzi Aparatının nümayəndəsi Asif İmaməliyev, Vətən müharibəsi qaziləri Asxap Kalayev və Taleh Camalov çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da böyük zirvələr fəth etməyə qadir olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa və quruculuq işləri dünya üçün nümunədir. Sakinlərini qoynuna alan torpaqlarımız tezliklə əvvəlkindən də abad olacaq. Vurğulanıb ki, Prezident İlham Əliyevin siyasətinin başlıca qayəsi vətəndaşların rifah yalının yaxşılaşdırılması, regionda sülhün-sabitliyin təmin olunmasıdır.

Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva ictimai həyatda fəal iştirakına görə “Mehmandarov ordeni” ilə təltif edilib.

Sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bir qrup Vətən müharibəsi qazisini Zəfər bayramı münasibətilə təbrik edərək, onlara Fəxri fərman təqdim edib.

Qeyd edək ki, tədbirdə “Modern İnkişaf və Ailə” İctimai Birliyinin dəstəyi ilə növbəti dəfə bir neçə qazi və şəhid ailələrinin üzvlərinin müvafiq iş yerləri ilə təmin olunduğu bildirilib.

Tədbir bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see156

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see133

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see132

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see130

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri