Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış: beynəlxalq konfrans nə ilə yadda qaldı?

Qərbi Azərbaycana qayıdış: beynəlxalq konfrans nə ilə yadda qaldı?

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib.

İki gün davam edən konfransda 51 ölkədən 101 xarici qonaq qatılıb.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub. Eyni zamanda tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunub. İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfər olub.


Rəsmi hissədə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səslənib. Müraciətdə Prezident qeyd edib ki, Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub:

"Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalıb. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil".

İlham Əliyev deyib ki, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək:

“Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək".


Konfrasın “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyalarında mühüm müzakirələr aparılıb.

Bildirilib ki, Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququnun icrasına imkan vermir. Ermənistan hökuməti müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təminatını ödəməlidir. İnsanlar dədə-torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini müşahidə etmişik. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir.


Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin sözlərinə görə, qurum yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır. Bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququnun təmin edilməsi və ədalətli əsaslarla sülh, barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma oldu:


"Biz dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik. Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır".

İcma sədri bildirib ki, Ermənistan azərbaycanlıların hamısını ata-baba yurdundan çıxarıb və bu gün orada bir nəfər də azərbaycanlı qalmayıb:

"Orada qəbiristanlıqlarımız, mədəni və dini abidələrimiz məqsədyönlü şəkildə məhv edilərək maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurulub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb".

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qeyd edib ki, hazırda Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır. Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların orada vaxtilə yaşadıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət, əmək kitabçaları və s. sənədlərin arxiv fondlarından və şəxsi arxivlərdən toplanmasına başlanılıb:


“Sənədlərin ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işinə başlanılıb və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır. Əminliklə bildirmək istərdik ki, Qərbi Azərbaycana qayıdışın gerçəkləşəcəyi gün uzaqda deyil”.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Qərbi Azərbaycan mövzusu heç bir zaman insanların qəlbindən çıxmayacaq. Çünki bu, bütün Azərbaycan xalqının məsələsidir:


"Xaricdən müəyyən qüvvələrin apardğı təxribatlar Azərbaycanı bir neçə yerə böldü. Qədim Azərbaycan torpaqlarında Ermənistan deyilən süni dövlət yaradıldı, zaman-zaman insanlarımız oradan didərgin salındılar. Bu, milyonlarla insan deməkdir: “Bu gün həmin insanların öz dədə-baba yurduna qayıtmaq hüquqları var. Bunu beynəlxalq hüquqla yanaşı insanlıq deyir. Ermənistan isə bu məsələni yaxına qoymaq istəmir, qəbul etmir. Ancaq onların qəbul etməyi ilə deyil, ora bizim dədə-baba, tarixi torpağımızdır”.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, 1980-ci illərin sonlarında 250 mindən artıq azərbaycanlı deportasiya olunub. Onların doğma yurdlarına qayıtmaq hüququ, haqqı var. Azərbaycanılar öz doğma yurdlarına qayıdacaqlar və həmin ərazilərdə yaşayacaqlar: "Bu gün böyük qayıdışın sürətli və ləyaqətli formada həyata keçirilməsi üçün dövlətimiz tərəfindən bütün addımlar atılır. Məlum olduğu kimi, tarixin müxtəlif dövrlərində mərhələli şəkildə azərbaycanlılar Ermənistandan deportasiya olunublar. Təkcə 80-ci illərin sonlarında 250 mindən artıq azərbaycanlı deportasiya olunub. Bu gün onlar Azərbaycanın müxtəlif bölgələrində yaşayırlar. Biz bilirik ki, Prezidentin bu məsələyə xüsusi diqqəti var. Qərbi Azərbaycan icmasının binası istifadəyə verildi, prezident Qərbi azərbaycanlılarla görüşdü və bu istiqamətdə addımlar atıldı. Bu gün Ermənistan rəhbərliyi və əhalisi Qarabağda yaşayan ermənilərin hüquqlarından bəhs edirlər və onlara şərait yaradılmasını istəyirlər. Ona görə bizim də haqqımızdır ki, vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasını təmin edək. Heç şübhəmiz yoxdur ki, azərbaycanılar öz doğma yurdlarına qayıdacaqlar və həmin ərazilərdə yaşayacaqlar".


Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov isə deyib ki, öz ata-baba yurdlarını görmək, orada yaşamaq Qərbi azərbaycanlıların və onların varislərinin haqqıdır: “Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sülh və ədalətin bərqərar olması üçün mühüm şərtdir. Qərbi Azərbaycan etnik azərbaycanlıların doğma vətənidir. Bizim Qərbi Azərbaycana qayıtmağımız tarixi, humanitar və ədalətin bərpası baxımından doğru yoldur”.

Sevinc,

BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə

qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri