Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Azı qərar, çoxu zərər...

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Ankarada beynəlxalq konfrans: Qərbi Azərbaycana qayıdış müzakirə olundu FOTO+VİDEO

Ankarada beynəlxalq konfrans: Qərbi Azərbaycana qayıdış müzakirə olundu FOTO+VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Mayın 21-də Türkiyənin Ankara şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qərbi Azərbaycan İcması, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakupost.az xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb.

Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib.media-img-20250522-wa0032

Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.media-1747842309380933127_1200x630

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Konfrans işini panel müzakirələrlə davam etdirib.media-img-20250522-wa0033

Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci panel türkiyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutub. Paneldə tanınmış tarixçi professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər.media-1747842309634377868_1200x630

TBMM-in Qadınlar və kişilər arasında imkan bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə keçirilən “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda ikinci paneldə TBMM-in komissiya sədrləri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muharrem Kılıç çıxış ediblər.

Panellərdən sonra iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Konfransın bağlanış sessiyasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisin deputatı, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Daha sonra iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib.

Sənəddə XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarıldıqları, bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlının qaçqın vəziyyətinə düşdüyü, onların mədəni irsinin məhv edildiyi vurğulanıb. Bildirilib ki, bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurub və -hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır.

Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır. Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası, qorunması regional sülh və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların yaxından iştirakı zəruridir.

Sənəddə, həmçinin Ermənistan hökuməti Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırılıb. Diqqətə çatdırılıb ki, Ermənistan qayıdışı təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoq başlamalı, azərbaycanlıların mədəni irsinin qorumaq və bərpa etmək üçün UNESCO-nun və digər müvafiq qurumların monitorinq missiyalarına icazə verilməli və Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarını təmin etməlidir.

Tədbir iştirakçıları Prezident İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayıblar.

Sonda xatirə şəkli çəkdirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see604

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see422

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see417

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see210

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see192

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see162

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see151

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see144

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see144

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see137

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see133

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see133

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see133

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see132

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see131

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see130

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see128

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri