Icma.az
close
up
RU
Qərbi Azərbaycandan olan soydaşımız Türkiyə Yaponiya əməkdaşlığına töhfə verir

Qərbi Azərbaycandan olan soydaşımız Türkiyə Yaponiya əməkdaşlığına töhfə verir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 1 may, AZƏRTAC

Qərbi Azərbaycanda doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların xələfləri təkcə Azərbaycan və Türkiyənin tərəqqisinə deyil, həm də beynəlxalq əlaqələrin inkişafına töhfə verirlər.

AZƏRTAC-ın müxbiri Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) İdarə Heyətinin üzvü, Türkiyə-Yapon Vəqfinin rəhbəri professor Necat Bora Sayanla görüşüb. Onun əcdadları əsrlər boyu - ötən əsrin ilk onilliklərində İrəvanda yaşayıb və Şərqi Anadoluda fəaliyyət göstərən erməni quldur dəstələrinə qarşı fəal mübarizə aparıblar.

2019-cu ildən Ankaranın Oran rayonunda fəaliyyət göstərən Türk-Yapon Vəqfinə soydaşımız rəhbərlik edir. Bu fond vasitəsilə Türkiyədə yapon mədəniyyətinin təbliği və Yaponiya ictimaiyyətini türk mədəniyyəti haqqında məlumatlandırılması məqsədilə çoxsaylı proqram və tədbirlər təşkil edilir. O, söhbət əsnasında deyib:

“Arzu edənlərə ikebana və origami sənəti öyrədilir. Kendo döyüş sənəti üzrə idman klubları təşviq edilir, yapon dili kursları təşkil olunur. Yaponlar Türkiyədə keçirilən tədbirlərə dəvət olunur”.

Soydaşımız Türkiyə-Yaponiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə hələ 2005-ci ildə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təltif edilib, 2014-cü ildə isə Yaponiyanın ən yüksək mükafatlarından birinə – “Doğan Günəş” imperator ordeninə layiq görülüb. Mükafatı Yaponiyanın Ankaradakı səfiri Akio Miyacima təqdim edib. Eyni zamanda, soydaşımız Türkiyəyə səfər edən Yaponiya imperator ailəsinin üzvlərini də müşayiət edir.

Necat Bora Sayan qeyd edir: “Həm anam, həm də atam tərəfdən Qərbi Azərbaycandanam. Tayfanın bir qolu da İrəvanda yaşayıb. XVIII əsrin birinci yarısına aid şəhadətnamələr var ki, Ramazanoğlular nəsli daha qədimdir. Bu ailənin bəzi üzvləri sonradan başqa, məsələn, Tufan soyadını alıblar. Bu məlumatları arxiv tədqiqatım zamanı, Bakıya son səfərimdə əldə etmişəm. Qərbi Azərbaycanda bizim ailənin mülkiyyət hüquqları var, həm də onlar 1730-cu ilə aiddir. Düşünürəm ki, Qərbi Azərbaycandan olan bütün insanlar bu nümunəyə əməl etməlidirlər ki, əllərində dəlil olsun və öz haqları uğrunda mübarizə aparsınlar”.

Professor Qərbi Azərbaycanda doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların nəslinin Azərbaycan dövlətinin və Qərbi Azərbaycan İcmasının müəyyən etdiyi kursla getməli olduğuna əminliyini ifadə edib: “Əminəm ki, bu, tarixi hüquqların bərpasının ən etibarlı yoludur. Genealoji arxivlərin tədqiqi üzrə fərdi səylərin vacibliyini də vurğulamaq istəyirəm”.

O bildirib ki, Osmanlı dövlətinin zəifləməsindən istifadə edən ermənilərin qanlı cinayətləri fonunda Hacı Ələkbər Tufan başda olmaqla ailənin bəzi nümayəndələri bu dəstələrə qarşı mübarizədə birləşiblər.

Vəqf rəhbəri erməni quldur dəstələrinə qarşı döyüşən Qərbi azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məqsədilə İqdırda abidə ucaldılacağına ümidvar olduğunu bildirib.

O, həyatı boyu özünü həm Türkiyə, həm də Azərbaycan mədəniyyətinin, ideyalarının daşıyıcısı kimi hiss etdiyini vurğulayıb. TADİV İdarə Heyətinin üzvü əlavə edib: “Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var. Bura ata və babalarımın vətənidir. Məni hər iki ölkə ilə birləşdirən bağlar haqqında düşüncələrdən güc alıram”.

Professor, eyni zamanda, Qərbi Azərbaycandan olanların və ümumiyyətlə, Türkiyə sakinlərinin ölkəmizin hər bir uğuruna ürəkdən sevindiyini vurğulayıb: “44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi xüsusilə qürurvericidir. Əminəm ki, birlik və həmrəylik bütün türkdilli dövlətlərin nüfuzunu və mövqeyini gücləndirəcək. Həmçinin türk diasporunun lobbiçilik fəaliyyəti də çox mühümdür ki, bu da maraqların, o cümlədən erməni yalanlarının ifşa edilməsi məqsədi ilə daha fəal təbliğata imkan verəcək”.

N.B.Sayan 1958-ci ildə İqdırda anadan olub. O, Ankara Universitetinin Stomatologiya fakültəsini bitirib və təhsilini ağız boşluğu və üz-çənə cərrahiyyəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə davam etdirib. 1989-1991-ci illərdə Yaponiyada ixtisasını artırıb, 1994-cü ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara Universitetinin Stomatologiya fakültəsinin baş həkimi və dekan müavini olub. Professor bildirir: “2000-2010-cu illər arasında yuxarıda adı çəkilən fakültənin dekanı vəzifəsində çalışdım. Bu illər ərzində mən tez-tez Bakıda səfərdə olmuşam, Azərbaycanda da stomatologiyanın inkişafına öz töhfəmi verməyə çalışıram”.

Professor Türkiyə Stomatoloqlar Birliyinin nümayəndəsi qismində Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstana da səfərlər edib, Türk dünyası ölkələrində tibb sahəsində Türkiyə universitetlərinin əldə etdiyi təcrübələri bölüşüb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri