Icma.az
close
up
RU
Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir

Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekin, 8 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında dostluq, qarşılıqlı etimad və hörmətə əsaslanan fəal siyasi dialoq qurulub. Bu sıx münasibətlər və liderlər arasında siyasi dialoqun yüksək səviyyəsi ölkələrimiz arasında mövcud vəziyyətə və əməkdaşlığa töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çinin CGTN (China Global Television Network) telekanalının internet səhifəsində yerləşdirilmiş “Əlaqələrin möhkəmləndirilməsi, gələcəyin formalaşdırılması: Azərbaycan-Çin tərəfdaşlığı” adlı məqaləsində qeyd olunur.

Nazir müavini iki ölkənin qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan münasibətlərin tarixindən, inkişafından danışaraq, ötən il Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə dair imzalanan Birgə Bəyannamənin əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsini qarşıya məqsəd qoyduğunu bildirib.

Məqalədə qeyd olunur ki, iki ölkə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə, ortaq maraqları birgə müdafiə etməyə, regional və qlobal sülhə, sabitliyə və inkişafa birgə töhfə verməyə qərarlıdır və Azərbaycan “Vahid Çin” prinsipini hər zaman dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşır.

Nazir müavini yazıda ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından, bir-birinin təşəbbüslərinə olan dəstəyindən söz açıb.

İqtisadi-ticari əlaqələrə toxunan E.Məmmədov, ötən il ticarət dövriyyəsinin həcminin 20 faiz artdığını, Çinin Azərbaycanın 5 əsas ticarət tərəfdaşından biri olduğunu vurğulayıb. İki ölkənin iqtisadi əlaqələrində nəqliyyat-logistika sahəsinin xüsusi önəm kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, Azərbaycan coğrafi və gesosiyasi mövqeyi sayəsində tarixən şərq ilə qərb arasında körpü rolunu oynayıb. Hazırda ən azı 3 böyük nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Bu mənada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Ölkələrimiz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirməyə sabiq olduqlarını qeyd ediblər.

Məqalədə iki ölkənin xalqları arasında əlaqələrdən də söz açılıb, bu xüsusda Azərbaycanın Çin vətəndaşlarına vizasız səyahət imkanı yaratdığı vurğulanıb. Bakı ilə Çinin Pekin və Urumçi şəhərlərin arasında birbaşa uçuşlar son bir neçə ildə Çindən Azərbaycana gələn turistlərin sayında davamlı artımı təmin edən amillərdən biri kimi göstərilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri