Icma.az
close
up
RU
8 Noyabr Zəfər Gününün tarixi və siyasi mənası, güc mənbəyinə çevrilən sağlam milli həmrəylik

8 Noyabr Zəfər Gününün tarixi və siyasi mənası, güc mənbəyinə çevrilən sağlam milli həmrəylik

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan tarixində elə günlər var ki, xalqın milli kimliyini, azadlıq iradəsini və dövlətçilik idealını birləşdirir. 8 Noyabr Zəfər Günü belə müqəddəs günlərdən biridir. Bu tarix, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi qələbənin, milli birliyin və 30 illik işğala son qoyan ədalətin rəmzidir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi. Bu, Azərbaycanın beynəlxalq hüquqa, milli suverenliyə və ərazi bütövlüyünə əsaslanan tarixi haqq mübarizəsi idi. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində qəhrəmanlıq salnaməsi yazdı, düşmənin 30 ilə yaxın davam edən işğalına son qoydu və dövlət başçısının dəmir iradəsi nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. 8 Noyabr Zəfər Günü məhz bu səbəbdən Azərbaycanın tarixində dönüş nöqtəsinə çevrildi. Şuşa şəhərinin azad edilməsi Azərbaycanın mədəniyyətinə, mənəviyyatına və siyasi kimliyinə geri qaytarılmış tac idi.

Cənab Prezident İlham Əliyevin Liderlik Fenomeni

Politoloji müstəvidə 8 Noyabr Zəfəri, ilk növbədə, cənab Prezident İlham Əliyevin strateji liderlik məktəbinin təntənəsidir. Cənab Prezidentin 2003-cü ildən bu yana yürütdüyü uzaqgörən siyasət – iqtisadi müstəqilliyin gücləndirilməsi, ordunun modernləşdirilməsi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, bu qələbəyə aparan əsas təməl daşları idi.

Diplomatik cəbhədə də Azərbaycan prinsipial mövqeyindən dönmədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edərək beynəlxalq hüququn reallaşmasına nail oldu. Bu, regionda güc balansını dəyişdirdi və Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı.

Vətən müharibəsi həm də Azərbaycan xalqının birliyinin parlaq təzahürü idi. Şəhərlərimizdə, kəndlərimizdə hər kəs “Dəmir yumruq” ideyasının ətrafında birləşdi. Ön cəbhədə döyüşən əsgərlər, arxada çalışan vətəndaşlar, könüllülər və diaspor təşkilatları bir amal uğrunda, Vətən uğrunda mübarizə apardılar. Bu birlik, Azərbaycanın gələcək dövlətçilik modelində milli həmrəyliyin necə güc mənbəyinə çevrilə biləcəyini göstərdi.

Zəfərdən sonra başlayan dövr artıq yeni mərhələdir. Quruculuq və inteqrasiya mərhələsi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa işləri, “ağıllı şəhər və kənd” layihələri, “Böyük Qayıdış” proqramı dövlətin uzunmüddətli strateji baxışını əks etdirir.

Eyni zamanda, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin təşəbbüsü və sülh müqaviləsi istiqamətində aparılan danışıqlar Azərbaycan diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir. Bu gün Azərbaycan yalnız hərbi gücü ilə deyil, həm də siyasi, iqtisadi və humanitar qüdrəti ilə Cənubi Qafqazın əsas liderinə çevrilib.

8 Noyabr təkcə hərbi qələbənin deyil, həm də mənəvi ədalətin bərpasıdır. Şəhidlərimizin qanı bahasına qazanılan bu zəfər gələcək nəsillərə dövlətə sədaqət, torpağa məhəbbət və azadlıq ideallarının əhəmiyyətini öyrədir. Bu gün azad Şuşada, Cıdır düzündə səslənən “Qarabağ Azərbaycandır!” kəlməsi artıq yalnız şüar deyil, bütün bir xalqın taleyinə yazılmış gerçəklikdir.

8 Noyabr Zəfər Günü Azərbaycan xalqının əzmini, dövlət başçısının liderliyini və milli ideologiyanın təntənəsini özündə birləşdirən möhtəşəm hadisədir. Bu tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və dövlət başçısının rəhbərliyi altında öz haqq savaşını qələbə ilə tamamlayıb.

Zəfər Günü həm qəhrəmanlıq tariximizin, həm də gələcək inkişaf strategiyamızın başlanğıcıdır. Azad, güclü, suveren Azərbaycan üçün!

Qarabağ Azərbaycandır!

Nicat İsmayılov

Politoloq Nicat İsmayılov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri