Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qərbi Azərbaycanla bağlı mühüm təklif: “Rəqəmsal platformalarda…”

Qərbi Azərbaycanla bağlı mühüm təklif: “Rəqəmsal platformalarda…”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Zəngəzur dəhlizi Azərbaycan üçün mühüm iqtisadi və strateji əhəmiyyət kəsb edir. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini təmin edəcək. Bu layihə Naxçıvanın nəqliyyat təhlükəsizliyini və iqtisadi imkanlarını genişləndirəcək”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev deyib. Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərindən sonra iki ölkə arasında danışıqlar sürətlənəcək:

“Cənubi Qafqaz tarixi seçim ərəfəsindədir. Böyük ümidlər var ki, erməni cəmiyyəti iyun seçkilərində də sülhə, sabitliyə səs verəcək. Hazırkı iqtidar qalib gələrsə sülh danışıqlarında intensivlik artacaq. Zəngəzur dəhlizi Ermənistan üçün də əhəmiyyətlidir. Ölkə iqtisadi dalandan, sosial fəlakət durumundan çıxacaq. Ümumiyyətlə, Zəngəzur Türküstanla Avropanı birləşdirən böyük dəhlizə çevrilə bilər. Bu marşrut yükdaşımaların sürətini artıracaq, yeni ticarət və logistika imkanları yaradacaq. Bu isə hər iki ölkəyə siyasi və iqtisadi dividendlər gətirəcək”.

QHT sədrinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh danışıqları Qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba torpaqlarına dönməsi məsələsini gündəmdən çıxara bilməz: “Biz Qərbi Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində işlərimizi davam etdirməliyik. Qarabağ məsələsində bunu etdik və nəticə aldıq. Eyni siyasi mövqe Qərbi Azərbaycan məsələsində də aparılmalıdır.

Qərbi Azərbaycandan zorla didərgin salınmış soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq arzusu onların ən təbii haqqıdır. Çünki o torpaqlar qədim-qayım yurd yerlərimizdir. O yurdlarda ulu babalarımız yaşayıb, maddi-mədəni sərvətlər yaradıb. Qərbi Azərbaycanın hər daşında izimiz var. Əcdadlarımız tarixin müxtəlif dövlərində Qərbi Azərbaycanda qalalar, məscidlər, karvansaralar tikib, kəhrizlər salıb. Qədim qəbiristanlıqlarımız, daş kitabələr var yurdlarımızda. Bir neçə dəfə soydaşlarımız öz yurd-yuvalarından deportasiya ediliblər. Bu ədalətsiz siyasət, görünməmiş şovinizm, etnik təmizləmə nəticəsində Qərbi Azərbaycanda yaratdığımız mədəni irs məhv edilib.

Ulu babalarımızı min bir əziyyətlə tikdiyi məscidlər, ziyarətgahlar, bütöv kəndlər, məzarlıqlar dağıdılıb, toponimlər dəyişdirilib.

Barbarlar məzar daşlarımızdan belə intiqam alıblar. Amma onlar bir şeyi unudublar ki, tarixi yaddaşımızı silmək olmaz. İrəvan, Göyçə, Zəngəzur Azərbaycan türklərini təşəkkül tapdığı yurd yerlərindəndir. Heç bir qüvvə izimizi oradan silə bilməz. Qərbi Azərbaycan həsrəti yaşayan insanlarımız bir gün o torpaqlara qayıdacaqlar”.

T.Ağayev deyib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi beynəlxalq təşkilatlarda qaldırılmalı, dünyanın siyasi mərkəzlərində bununla bağlı təbliğat xarakterli tədbirlər keçirilməlidir: “Qayıdış məsələsini “məcburi köçkünlərin geri dönüş hüququ” və “mədəni irsin qorunması” kontekstində təqdim etməliyik. Bununla bağlı BMT, Avropa Birliyi, UNESCO, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlara sənədlər, hesabatlar təqdim edilməlidir. “Qərbi Azərbaycandan deportasiya edilmiş insanların çoxu sağdır. Deportasiya şahidlərinin müxtəlif dillərdə müsahibələri hazırlanmalı, arxiv sənədlərindən, video və foto faktlardan istifadə olunmaqla sənədli filmlər çəkilməlidir.

Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün müasir rəqəmsal texnologiyalardan və sosial şəbəkələrin imkanlarından istifadə olunmalıdır. Sosial şəbəkələrdə müxtəlif dillərdə fəaliyyət göstərən səhifələr açılmalı, orada xəritələr yerləşdirilməlidir. Dağıdılmış məscidlərin, qəbiristanlıqların, dəyişdirilmiş yer adlarının dağıdılmş kəndlərin rəqəmsal formatda nümayişi olduqca əhəmiyyətli addım olardı. Qərbi Azərbaycanda məhv edilmiş mədəni irsimizlə bağlı fundamental kitablar yazılır. Amma orada babalarımızın yaratdığı, lakin erməni vandalları tərəfindən yerlə yeksan edilmiş tarixi abidələrdən, məscidlərdən, qəbiristanlıqlardan, qədim yaşayış məntəqələrindən bəhs edən müxtəlif dillərdə video-kitabların yaradılması, qısa müddətli video-süjetlərin hazırlanması çox vacibdir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 May 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri