Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır RƏY

Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır RƏY

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycandan deportasiya olunmuş 300 mindən çox insanın doğma yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Ermənistandan deportasiya olunmuş şəxslərin geri qayıtması təkcə onların hüququ deyil, həmçinin arzusudur:

"Beynəlxalq hüquqla qaçqınların geriqayıdış hüququ təsbit olunur. Bunun həyata keçirilməsinə imkan verməməklə Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, tərəf olduğu konvensiyaların tələblərini pozur. Lakin Qərbi Azərbaycan İcmasının öz ata-baba yurduna qayıtmaqla bağlı rəsmi müraciətinə baxmayaraq, bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası barədə adekvat cavab alına bilməyib. Bu məsələdə dialoqun qurulması və kommunikasiya çox vacibdir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Qərbi Azərbaycan İcmasının öz tarixi, əzəli torpaqlarına qayıtmaq hüququ barədə söz açaraq dünya ictimaiyyətinə məsələnin mahiyyəti barədə çox aydın izah verib:

Pərvanə Vəliyeva

"Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Sülh təkcə rəsmi sənədlər və ya siyasi razılaşmalarla məhdudlaşmır. Sülhün və işğalın açdığı yaraların sağalması yalnız vaxtın keçməsi ilə deyil, eyni zamanda düzgün sosial və mədəni mühitin yaradılması ilə mümkündür. Bu prosesdə Qərbi Azərbaycan İcması ilə dialoq şəraitində İcmanın haqlı tələbləri təmin edilərsə, onların ədalətli narazılıqları nəzərə alınarsa, davamlı sülh təmin oluna bilər. Yarımçıq sülh heç bir tərəfə lazım deyil".

P.Vəliyeva bildirib ki, Qərbi azərbaycanlıların öz ata-baba yurduna qayıtması xalqlar arasında etimad mühitinin qurulmasına töhfə verə bilər:

"Bütün hallarda, Ermənistan və Azərbaycan coğrafi baxımdan daim qonşu olacaq, bu, bizim taleyimizdir və biz həmişə düşmənçilik şəraitində yaşaya bilmərik. Ermənistan da dərk etməlidir ki, ilk növbədə, qonşularla dostluq və normal münasibətlər qurulmalıdır. Davamlı sülhün qurulması üçün Azərbaycan tərəfinin narahatlıqları nəzərə alınmalıdır. Qərbi Azərbaycandan deportasiya olunmuş 300 mindən çox insan təhlükəsiz, ləyaqətli və sülh şəraitində öz doğma yurdlarına qayıtmaq istəyir. Bu istək Ermənistan rəhbərliyini qorxutmamalıdır. Çünki bu, ərazi iddiası deyil, bu, insan hüquq və azadlıqlarının ayrılmaz bir komponentidir".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri