Icma.az
close
up
RU
Qərbi Kaspi Universiteti jurnalistlər üçün mediatur təşkil edib FOTO

Qərbi Kaspi Universiteti jurnalistlər üçün mediatur təşkil edib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Qərbi Kaspi Universiteti (QKU) jurnalistlər üçün mediatur təşkil edib.

APA xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər universitetin son illər elm və digər sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlandırılıb.

Mediatur zamanı universitetin Qəyyumlar şurasının sədri, professor Hüseyn Bağırov deyib ki, QKU fəaliyyətini hər zaman dünyanın qabaqcıl təhsil təcrübəsinə uyğun qurmağa çalışıb. Bu gün də müasir çağırışlar qarşısında, ən qabaqcıl standartlara uyğunlaşaraq inkişaf etmək prioritetlərdən biridir: “Əsas məqsədimiz ölkə daxilində və xaricində rəqabət qabiliyyətli, əmək bazarında təhsili, biliyi, bacarığı, problemləri görmək və həll etmək qabiliyyəti hesabına özünü işlə təmin edəcək, hətta iş yerləri yaratmaq imkanına sahib ola biləcək peşəkarlar hazırlamaq, dürüst, ədalətli, ölkəsini və xalqını özünün yüksək alicənablıq keyfiyyətləri, sağlam düşüncəsi ilə təmsil edə bilən, həyatda hansı sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq, cəmiyyətdə hörmət və sevgi qazanan məzunları yetişdirməkdir”.

Bildirilib ki, fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən QKU 63 ixtisas üzrə 5000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra, 11 şöbə fəaliyyət göstərir. Universitetdə çalışan 275 müəllimdən 72-si elmlər doktoru, professor, 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə QKU SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranıb ən yaxşı 10 universitetdən biri kimi göstərilib. Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur.

Qeyd edilib ki, QKU strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı, texnopark və klublar mövcuddur.

Təqdimat zamanı universitetin tərkibində ixtisaslaşmış Tədqiqat Mərkəzlərinin fəaliyyət göstərdiyi bildirilib. Bunlar International Center for Materials Sciences and Technology, Life Sciences Resource Center , Economic Research Center, Gender Research Center, Mountain Biodiversity, Landscape, and Culture Research Institute, Western Caspian University Coordination Council for Scientific and Educational Cooperation with Asian Universities mərkəzləridir. Bu mərkəzlər fənlərarası tədqiqatların inkişafına və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

Mediatur zamanı bildirilib ki, QKU-nun Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutunun alimləri BMT-nin Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA) ilə birlikdə buzlaqların həm azalma, həm də ərimə proseslərini tədqiq edirlər.

QKU-nun bir neçə tədqiqat laboratoriyaları da fəaliyyət göstərir. Universitetin Genetika və Molekulyar Biologiya laboratoriyası, Ekoloji və biomüxtəliflik tədqiqatlar laboratoriyası, Meşə artımının təhlili və Dendroxronologiya laboratoriyası, Hidrobiologiya laboratoriyası, Kimya və ətraf mühitin monitorinqi laboratoriyası, Mexanika və robototexnika mühəndisliyi laboratoriyası, Smart materialların istehsalı laboratoriyası, Fizika və Elektronika laboratoriyası, Dizayn emalatxanası və s. laboratoriyaları fəaliyyət göstərir ki, bu laboratoriyalarda müasir standartlara uyğun dərslər tədris edilir. Əlavə olaraq, Data analiz laboratoriyası və Süni intellekt sınaqları laboratoriyası yaradılacaq. Həmçinin qeyd edilib ki, QKU-nun elektronlaşma baxımından 10-dan çox komputer laboratoriyaları var və Azərbaycanda ən çox komputerlə təchiz edilən universitetlərdən biridir.

Verilən məlumata görə, QKU-nun texnoparkında XSERON süni intellekt modulu hazırlanıb. Bundan əlavə, universitetin məzunlarından ibarət “DEC” komandası, “TEKNOFEST Azərbaycan–2023” aerokosmik və texnologiya festivalında “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin qalibi olub. Həmçinin 2022-ci ilin dekabrında Qərbi Kaspi Universitetinin komandası “Product Owner's Marathon” yarışmasında qalib gəlib. Eyni zamanda, QKU “Qarabağ GreenTech” hakatonunun qalibləri sırasında yer alıb. Bundan əlavə, “STEAM Azərbaycan Festivalı 2022” çərçivəsində universitetin iki komandası I yerə, bir komanda II yerə, Qərbi Kaspi Universiteti Məktəbinin komandası isə I yerə layiq görülüb.

Təqdimat zamanı qeyd edilib ki, QKU-nun ev sahibliyi etdiyi beynəlxalq konfrans materialları SCOPUS kimi nüfuzlu beynəlxalq elmi bazada indeksləşdirilib. Məsələn, QKU-nun ev sahibliyi etdiyi “Dağlar: Biomüxtəliflik, Landşaft və Mədəniyyətlər” mövzusunda II Beynəlxalq Konfrans nüfuzlu beynəlxalq elmi baza olan SCOPUS sistemində indekslənib. Bu hadisə təkcə QKU-nun deyil, həm də daha geniş akademik ictimaiyyətin qlobal elmi məkanla inteqrasiyası və tanınması istiqamətində mühüm bir mərhələni təmsil edir.

Həmçinin qeyd edilib ki, QKU-nun təcrübə mərkəzləri və tədris binaları alternativ enerji mənbələri ilə fəaliyyət göstərir.

Bildirilib ki, QKU 12 elmi jurnal buraxmağa başlayıb. Onların ikisi 30 ildən çoxdur buraxılır. Azərbaycanda cəmi iki konfrans SCOPUS-a düşüb. Biri elmi, biri də dağlarla bağlı konfransdır. Bu ilin sonu, gələn ilin yanvarına 12 jurnalın 12-də işıq üzü görəcək. Jurnallar açıq, yəni ödənişsiz olacaq. Yeri gəlmişkən, Amerika Universitetlər və Kolleclər Assosiyasiyasının keçirdiyi “davamlı kampus” müsabiqəsində Azərbaycan universitetləri arasında QKU 1-ci yerə çıxıb. Ümumilikdə müsabiqəyə 19 ölkə qoşulub. Bu ölkələrin arasında isə QKU 11-ci yerə çıxıb.

Mediaturda xaricdə təhsil layihəsindən də bəhs edilib. Bildirilib ki, bu layihələr qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri” və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir. QKU irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir.

Xatırladaq ki, Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulub. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin, eyni zamanda, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının (AESC), Siyasi Araşdırmalar Assosiasiyasının (PSA), Avropa Elm Fəlsəfəsi Assosiasiyasının (EPSA), BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN), Beynəlxalq Universitetlər Assosiasiyasının, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA), BMT-nin Dağ əməkdaşlığı Proqramının Beynəlxalq Təhsil İdarəçiləri Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilat, şura və birliklərin üzvüdür.

2017-ci ildən universitetin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılıb. 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvü olan Qərbi Kaspi Universiteti tələbələrinin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetləri, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see176

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see130

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121

Qarabağda keçirilən “Mənəvi dəyərlər” həftəsi başa çatıb

14 Oktyabr 2025 18:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri